Skip to main content

Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Filters

Salary (₼)
Clear filters
Bank of Baku

Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı eksperti

Bank of BakuBakı

🚀 Delivery Communication
Tam ştat 9· 6 gün əvvəl
ABB

Xəzinə bölməsi üzrə kiçik mütəxəssis xəzinədar-əməliyyatçı- Sabirabad

ABBBakı

🚀 Delivery Communication
Tam ştat 4· 18 gün əvvəl
OMT Group

Operator-Xəzinədar

OMT GroupBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 4· 12 gün əvvəl
Bank of Baku

Təhlil və hesabat bölməsinin kiçik eksperti

Bank of BakuBakı

🚀 Delivery Communication
Tam ştat 2· 21 gün əvvəl
G

Problemli Kreditlər üzrə Mütəxəssis

Global Collector MMCBakı

🚀 Delivery Communication
Tam ştat 2· 12 gün əvvəl
F

Mühasib / Vergi üzrə mütəxəssis

Finstab MMCBakı

🚀 Delivery Communication
Tam ştat 2· 12 gün əvvəl
← Back to list
ABB

ABB 3 views

Kredit risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

LocationBakı
Job typeTam ştat
Work formatOn-site
Level1-3 il
SalaryNot specified
Deadline9/20/2026
CategoryMaliyyə və Mühasibat

Görəcəyiniz işlər

  • Kredit risklərinin ölçülməsi, monitorinqi və idarə olunması məqsədilə risk modellərinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
  • PD (Probability of Default), LGD (Loss Given Default), EAD (Exposure at Default), Scorecard və digər kredit risk modellərinin hazırlanması, kalibrlənməsi, validasiyası və monitorinqi;
  • Stress-test, ssenari təhlili və makroiqtisadi modellərin hazırlanması, nəticələrinin təhlil edilməsi və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi;
  • Mərkəzi Bankın tələbləri, IFRS 9 və digər beynəlxalq standartlara uyğun olaraq gözlənilən kredit zərərlərinin (ECL) hesablanması, ehtiyatların formalaşdırılması və bu prosesə nəzarətin həyata keçirilməsi;
  • Kredit portfelinin risk göstəricilərinin təhlili, trend analizlərinin aparılması və risklərin vaxtında müəyyən edilməsi;
  • Bankın risk iştahası (Risk Appetite Framework) və risk limitləri üzrə göstəricilərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Risk limitlərinin hesablanması metodologiyalarının hazırlanması, limitlərə riayət olunmasına nəzarət və limit pozuntularının təhlili;
  • Kredit riskləri üzrə mütəmadi və ad-hoc hesabatların hazırlanması, rəhbərliyə və aidiyyəti komitələrə təqdim edilməsi;
  • Kredit risklərinin idarə edilməsi istiqamətində analitik hesabatların, dashboard-ların və vizuallaşdırma alətlərinin hazırlanması;
  • SQL, Python, R və süni intellekt (AI və ya Gen Aİ) əsaslı alətlərdən istifadə etməklə hesabatların hazırlanması, proseslərin avtomatlaşdırılması, dashboard-ların qurulması və analitik həllərin inkişaf etdirilməsi;
  • Kredit risklərinin idarə edilməsi sahəsində metodologiyaların hazırlanması və təkmilləşdirilməsi;
  • Fəaliyyət istiqaməti üzrə digər tapşırıqların icrası.

Bizim üçün uyğun namizəd

  • İqtisadiyyat, Maliyyə, Tətbiqi Riyaziyyat, Statistika və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
  • Kredit risklərinin idarə edilməsi, risk modelləşdirilməsi və ya analitik sahədə minimum 2 il iş təcrübəsi;
  • IFRS 9, Basel prinsipləri və kredit risklərinin idarə edilməsi üzrə biliklər;
  • Kredit risk modellərinin (PD, LGD, EAD, Scorecard və s.) hazırlanması və ya tətbiqi sahəsində təcrübə üstünlük hesab olunur;
  • Əla səviyyədə SQL və Microsoft Excel bilikləri. Python, R və ya digər statistik proqramlaşdırma alətlərindən ən azı biri üzrə praktiki bilik;
  • Süni intellekt əsaslı alətlərdən analitik işlərdə, məlumatların emalında, hesabatların hazırlanmasında və proseslərin avtomatlaşdırılmasında istifadə bacarığı üstünlük hesab olunur;
  • Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
  • Böyük həcmli məlumatların emalı və təhlili üzrə təcrübə;
  • Analitik nəticələri aydın, strukturlaşdırılmış və peşəkar formada təqdim etmək bacarığı olan şəxsdir.

Official application page

ABB accepts applications for this role through their own system. Apply there first to make sure your CV reaches them.

Apply on ABB's site