Jobs — Job Listings 2026 | Baku, Azerbaijan
E
Emsan • 0 views
Mağaza meneceri
LocationXırdalan
Job typeTam ştat
Work formatOn-site
LevelMiddle
SalaryNot specified
Deadline8/19/2026
CategorySatış və Marketinq
Vəzifə öhdəlikləri
- Mağazanın gündəlik fəaliyyətinin effektiv təşkil edilməsi və idarə olunması;
- Satış planlarının icrasının təmin edilməsi və satış nəticələrinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- Mağaza heyətinin idarə olunması, iş bölgüsünün aparılması və iş prosesinin koordinasiya edilməsi;
- İşçi performansının mütəmadi qiymətləndirilməsi, inkişafının dəstəklənməsi və komandanın motivasiyasının yüksək səviyyədə saxlanılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi, müraciət və şikayətlərin operativ həll olunması;
- Məhsul ehtiyatlarının, stok və kassa dəqiqliyinin təmin edilməsinə nəzarət edilməsi;
- İstifadəyə yararsız, itmiş və ya zədələnmiş məhsulların aktlaşdırılması və aidiyyəti struktur bölmələrə məlumat verilməsi;
- Mağaza daxili qayda və prosedurların icrasına nəzarət edilməsi;
- Mağazanın təmizliyinin, səliqəsinin, təhlükəsizlik qaydalarının və korporativ standartların təmin edilməsinə nəzarət edilməsi;
- Mağazanın fəaliyyətinə dair hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Work conditions
- İş günləri: 6 günlük iş qrafiki
- İş yeri: Bakı və Xırdalan şəhərləri
Requirements
- Ali təhsil;
- Pərakəndə satış sahəsində rəhbər vəzifədə minimum 2+ il iş təcrübəsi;
- Azərbaycan dilini səlis bilmək (rus dili arzuolunandır);
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmə bacarığı;
- Logo Tiger proqramında işləmə bacarığı üstünlük hesab olunur;
- Liderlik və komanda idarəetmə bacarığı;
- Analitik düşünmə və operativ qərarvermə bacarığı;
- Problemlərin həlli və nəticəyönümlü yanaşma;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları;
- Maraqlanan namizədlərdən mövzu hissəsində “Mağaza Meneceri” qeyd etməklə şəkilli CV-lərini hr@emsan.com.az ünvanına göndərmələri xahiş olunur.
Send application
Attach your CV as a PDF. JobLabs will analyze fit signals and forward the application to the employer.



