Jobs — Job Listings 2026 | Baku, Azerbaijan
F
Fairmont Baku • 0 views
Doorman
LocationBakı
Job typeTam ştat
Work formatOn-site
LevelMiddle
SalaryNot specified
Deadline8/25/2026
CategoryTurizm və Qonaqpərvərlik
Description
- Əmək funksiyası.
- Otelin əsas giriş qapısını açmaq və bütün qonaqların otelə gəlişi və gedişi zamanı qarşılanmasını təmin etmək, onları lazımi istiqamətə yönləndirmək.
- Qonaqların baqajlarının gəliş zamanı, qalma müddətində, yola düşərkən və baqaj saxlancında operativ və səmərəli şəkildə idarə olunmasını təmin etmək, baqajların təhlükəsizliyinə və qorunmasına nəzarət etmək.
- Hər bir baqajın üzərində baqaj identifikasiya etiketinin olmasını təmin etmək.
- Qonaqların və ziyarətçilərin nəqliyyat vasitələrinin otelin müəyyən edilmiş dayanacaq sahəsində düzgün yerləşdirilməsini təmin etmək.
- Qonaqların şikayət və sorğularını həll etmək, dərhal tədbir görülməsi üçün aidiyyəti şöbələrlə əlaqələndirmək.
- Qonaq otaqlarının açar kartlarının verilməsini həyata keçirmək və qonaq təhlükəsizliyi üçün effektiv nəzarəti təmin etmək.
- Qeyri-adi hadisələr və ya xüsusi tələblər barədə Konsyerj şöbəsinə məlumat vermək.
- Otelin qəza hallarının qarşısının alınması siyasətlərindən xəbərdar olmaq və onlara riayət etmək.
- Konsyerj masasının səliqəli, təmiz, təhlükəsiz və gigiyenik vəziyyətdə saxlanmasına cavabdeh olmaq.
- Otelin vəziyyəti, doluluq səviyyəsi, tədbirlər, qruplar və VIP qonaqlar haqqında məlumatlı olmaq.
- Qonaqlara daim nəzakətli və mehriban xidmət göstərmək, bütün sorğu və müraciətlərə vaxtında cavab vermək.
- Növbə və ya iş günü sonunda növbəti əməkdaşa əməliyyatların düzgün davam etməsi üçün bütün vacib məlumatları ötürmək.
- Qonaqlarla davamlı əlaqə saxlamaq, yaranan problemlərin və şikayətlərin səmərəli və nəzakətli şəkildə həll olunmasını təmin etmək.
- Gündəlik əməliyyatlara nəzarət etmək.
- Qonaqlara baqajları ilə bağlı kömək göstərmək.
- Baş Front Office Assistant Manager / Front Office Manager-ə mütəmadi hesabat vermək.
- Yanğın təhlükəsizliyi və ilk yardım prosedurlarından xəbərdar olmaq.
- Qonaq şikayətlərini qəbul etmək və menecerə məlumat vermək.
- Daim düzgün xarici görünüş və peşəkar imic saxlamaq.
- Otelin gündəlik fəaliyyətləri və bütün xidmətləri haqqında məhsul biliyinə sahib olmaq.
Requirements
- İngilis dilində (şifahi və yazılı) yaxşı ünsiyyət bacarığı.
- Gərgin və daim dəyişən iş mühitində çoxsaylı tapşırıqları sakit və təmkinli şəkildə idarə edə bilmək.
- İş saatları baxımından çevik olmaq və gecə növbələrində işləməyə hazır olmaq.
- Müştəri xidməti sahəsində əvvəlki iş təcrübəsi üstünlükdür.
- Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Send application
Attach your CV as a PDF. JobLabs will analyze fit signals and forward the application to the employer.


