Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
ABB • Bakı

Şəbəkənin idarə edilməsi şöbəsində aparıcı/baş mütəxəssis
Kapital Bank • Bakı

Kapital Bank • 0 views
İT biznes analitik
Description
Biz komandamıza qoşulmaq və biznes və texniki həllərimizi müəyyənləşdirmək və optimallaşdırmaqda əsas rol oynayacaq IT Biznes Analitiki axtarırıq. Siz maraqlı tərəflər, məhsul sahibləri və mühəndislik komandası ilə yaxından əməkdaşlıq edərək aydın tələblərin formalaşdırılmasını, effektiv ünsiyyəti və biznes ehtiyaclarının texniki həllərə problemsiz şəkildə tətbiqini təmin edəcəksiniz. Sizin rolunuza tələblərin toplanması və təhlili, proseslərin müəyyənləşdirilməsi, sənədləşdirmə standartlarının təkmilləşdirilməsi və bizneslə texniki komandalar arasında əməkdaşlığın təşviqi daxildir.
IT və ya Biznes sahələri üzrə bakalavr dərəcəsi;
Proses ekspertizası, biznes analitikası və ya oxşar sahədə ən azı 2 illik iş təcrübəsi;
BPMN, UML və ya digər modelləşdirmə standartları üzrə bilik;
Agile metodologiyası üzrə təcrübə üstünlükdür;
Güclü analitik düşüncə, problem həll etmə və kommunikasiya bacarıqları;
İngilis dilində texniki səviyyədə səriştə;
Məhsulu həm texniki, həm də biznes baxımından testə hazırlamaqda komandaya dəstək olmaq;
Jira və Confluence kimi alətlərlə iş təcrübəsi;
API, Postman və SOAP kimi alətlərlə iş təcrübəsi;
Kredit məhsulları və əsas bank sistemləri üzrə biznes təcrübəsi arzuolunandır.
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Salary and bonus
- Geniş sığorta təminatı;
- Dəstəkləyici və pozitiv iş mühiti;
- Korporativ endirimlər və tədbirlər;
- Əlavə məzuniyyət günləri;
- Endirimli təhsil imkanları və əməkdaş kreditləri;
- Port Baku Tower 2-də yerləşən yeni və komfortlu studio ofis;
- Xarici həmkarlarla zəngin təcrübə mübadiləsi imkanı yaradan multicultural mühit.
- Tələblərin toplanması, təhlili və sənədləşdirilməsi;
- BRD (Business Requirements Document) sənədinin hazırlanması və strukturlaşdırılması;
- FRD (Functional Requirements Document) sənədinin hazırlanması və strukturlaşdırılması;
- Güclü analitik düşüncə və problem həll etmə;
- Biznes process modellərin qurulması;
- Biznes proses metodlarından (BPMN, UML, Use Cases) istifadə;
- Stakeholder engagement – maraqlı tərəflərlə effektiv şifahi və yazılı ünsiyyət;
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Official application page
Kapital Bank accepts applications for this role through their own system. Apply there first to make sure your CV reaches them.

