Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
ABB • Bakı
🚀 Delivery✨ Communication

Kapital Bank • 0 views
Proseslər üzrə ekspert
LocationBakı
Job typeTam ştat
Work formatOn-site
Level1-3 il
SalaryNot specified
Deadline9/20/2026
CategoryİT və Proqramlaşdırma
Description
- Agile və məhsul inkişafı proseslərinin yaradılması, təhlili, idarə edilməsi və davamlı təkmilləşdirilməsi, məhsulun ideyadan relizə qədər keçdiyi end-to-end journey-nin optimallaşdırılması.
- Vəzifənin əsas məqsədi mövcud biznes və məhsul proseslərini təhlil etmək, proseslərdəki boşluqları, gecikmələri və manual fəaliyyətləri müəyyənləşdirmək, həmçinin bu journey-ni süni intellekt və digər rəqəmsal alətlər vasitəsilə daha sürətli, səmərəli və ölçüləbilən formaya gətirməkdir.
- İngilis dili
- Proqramların idarə edilməsi üzrə bacarıqlar
- Proqramların başlanğıcdan sona qədər dizayn edilməsi və həyata keçirilməsi
- Vaxtın səmərəli idarə edilməsi və eyni vaxtda bir neçə işin koordinasiyası
- Analitik və tədqiqat bacarıqları
- Məlumatların toplanması, sorğuların hazırlanması və keyfiyyət/kəmiyyət üzrə geribildirimlərin təhlili
- Əldə olunan nəticələri konkret və tətbiq oluna bilən təkmilləşdirmələrə çevirmək bacarığı
- Təhsil və məhsul sahələrində yeni trendlərin müəyyənləşdirilməsi üçün bazar araşdırmalarının aparılması
- Maliyyə və strateji bacarıqlar
- Büdcənin planlaşdırılması və xərclərə nəzarət
- Strateji uzaqgörənlik: trendləri proqram üzrə innovasiyalara çevirmək
- Proqramların davamlılığını təmin etmək üçün risklərin idarə edilməsi
- Fasilitasiya və əməkdaşlıq bacarıqları
- Workshopların, qrup retrospektivlərinin və Design Thinking sessiyalarının fasilitasiyası
- Maraqlı tərəflərin (stakeholder) mövqelərinin uyğunlaşdırılması və əlaqələrin qurulması
- Danışıqların aparılması və münaqişələrin həlli
- Texniki və rəqəmsal bacarıqlar
- Learning Management System (LMS) və əməkdaşlıq alətləri ilə tanışlıq: Miro, MURAL, Trello, Jira, Confluence
- Məhsuldarlıq və hesabatlıq alətlərindən istifadə: Excel, Power BI, Google Analytics, Tableau
- Onlayn təlim platformaları ilə iş təcrübəsi: Zoom, MS Teams, Webex
- Şəxsi və liderlik bacarıqları
- Öyrənənlərin ehtiyaclarını anlamaq üçün empatiya və aktiv dinləmə
- Təşkilatın dəyişən tələblərinə uyğunlaşma bacarığı
- Aydın və effektiv yazılı və şifahi ünsiyyət, müxtəlif funksiyalararası əməkdaşlıq
- Liderlik və mentorluq bacarığı
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Salary and bonus
- Yüksək təminatlı sığorta
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
- Agile və məhsul proseslərinin idarə edilməsi
- Təşkilat daxilində Agile və məhsul proseslərinin yaradılması, tətbiqi və davamlı təkmilləşdirilməsində iştirak etmək;
- Məhsulun ideyadan relizə və post-release monitorinq mərhələsinə qədər keçdiyi end-to-end journey-ni təhlil etmək;
- Ideation, prioritetləşdirmə, Discovery, dizayn, Delivery, test, release readiness, release və post-release mərhələləri üzrə prosesləri formalaşdırmaq və optimallaşdırmaq;
- Məhsulun inkişaf dövrünün müxtəlif mərhələləri arasındakı əlaqələri, qərar nöqtələrini və asılılıqları müəyyən etmək;
- Proseslər üzrə rolları, məsuliyyətləri, giriş və çıxış meyarlarını, nəzarət nöqtələrini və gözlənilən nəticələri müəyyənləşdirmək;
- Agile və məhsul proseslərinin təşkilatın strateji məqsədlərinə və biznes ehtiyaclarına uyğunluğunu təmin etmək;
- Proseslər üzrə qayda, metodologiya, prosedur və digər zəruri sənədləri hazırlamaq və aktuallığını qorumaq;
- Müəyyən edilmiş proseslərin komandalar tərəfindən düzgün tətbiq olunmasını izləmək və metodoloji dəstək göstərmək.
- Biznes proseslərinin təhlili və optimallaşdırılması
- Mövcud biznes və məhsul proseslərini araşdırmaq və AS-IS proses modellərini hazırlamaq;
- Təhlil nəticələri əsasında optimallaşdırılmış TO-BE proseslərini dizayn etmək;
- Biznes flow-larını, proses xəritələrini, journey map-ləri, BPMN və digər proses diaqramlarını hazırlamaq;
- Proseslərdəki boşluqları, bottleneck-ləri, gecikmələri, təkrarlanan və əlavə dəyər yaratmayan fəaliyyətləri müəyyən etmək;
- Problemlərin kök səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün həllər hazırlamaq;
- Biznes ehtiyaclarını toplamaq, təhlil etmək və strukturlaşdırılmış biznes və funksional tələblərə çevirmək;
- Proseslərin sadələşdirilməsi, standartlaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;
- Tətbiq olunan dəyişikliklərin nəticələrini izləmək və davamlı təkmilləşdirmə tədbirləri müəyyən etmək.
- AI əsaslı proses optimallaşdırılması
- Məhsulun ideyadan relizə qədər keçdiyi journey üzrə AI tətbiq imkanlarını müəyyən etmək;
- Manual, təkrarlanan və vaxt itkisi yaradan fəaliyyətlərin AI vasitəsilə optimallaşdırılması üçün use case-lər hazırlamaq;
- AI alətlərindən proses analizi, tələblərin strukturlaşdırılması, sənədləşmə, məlumatların təhlili, monitorinq və hesabatlılıq məqsədilə istifadə etmək;
- AI əsaslı avtomatlaşdırma həllərinin hazırlanması və tətbiqi prosesində biznes və IT komandaları ilə əməkdaşlıq etmək;
- Təklif edilən AI həllərinin biznes dəyərini, tətbiq imkanlarını və gözlənilən təsirini qiymətləndirmək;
- AI həllərinin məhsuldarlığa, proses keyfiyyətinə, resurs istifadəsinə və Time to Market göstəricisinə təsirini ölçmək;
- Yeni AI, Process Mining, Workflow Automation və no-code/low-code alətlərini araşdırmaq;
- Uyğun texnoloji imkanları konkret proses təkmilləşdirmə təşəbbüslərinə çevirmək;
- Tətbiq edilmiş AI həllərinin nəticələrini izləmək və onların davamlı inkişafını təmin etmək.
- Məlumatların təhlili və hesabatlılıq
- Proseslərin effektivliyini ölçmək üçün KPI və performans metriklərini müəyyənləşdirmək;
- Lead Time, Cycle Time, Discovery Duration, Time to Market, process compliance və digər proses göstəricilərini təhlil etmək;
- Proseslərdəki tendensiyaları, sapmaları və inkişaf imkanlarını müəyyənləşdirmək;
- Müxtəlif mənbələrdən məlumatları toplamaq, strukturlaşdırmaq və təhlil etmək;
- Keyfiyyət və kəmiyyət əsaslı araşdırmalar aparmaq;
- Proses iştirakçılarının rəylərini toplamaq və təhlil etmək;
- Əldə edilən nəticələri konkret və icra oluna bilən təkmilləşdirmə təşəbbüslərinə çevirmək;
- Proseslərin vəziyyəti, risklər, əsas problemlər və nəticələr üzrə rəhbərlik üçün hesabat və təqdimatlar hazırlamaq.
- Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Official application page
Kapital Bank accepts applications for this role through their own system. Apply there first to make sure your CV reaches them.