Skip to main content

Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Filters

Salary (₼)
Clear filters
ABB

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor

ABBBakı

🚀 Delivery Communication
Tam ştat 3· 19 gün əvvəl
Kristal

İT Mütəxəssis

KristalBakı

🚀 Delivery Communication
1400-1700 ₼Tam ştat 6· 9 gün əvvəl
A

Data Analitika Mütəxəssisi

AvroraBakı

🚀 Delivery Communication
Tam ştat 5· 9 gün əvvəl
Azericard

Duty admin (İT mütəxəssisi)

AzericardBakı

🚀 Delivery Communication
Tam ştat 3· 1 il əvvəl
Kapital Bank

Şəbəkənin idarə edilməsi şöbəsində aparıcı/baş mütəxəssis

Kapital BankBakı

🚀 Delivery Communication
Tam ştat 4· 26 gün əvvəl
Azericard

Helpdesk

AzericardBakı

🚀 Delivery Communication
Tam ştat 2· 4 ay əvvəl
← Back to list
Kapital Bank

Kapital Bank 1 views

QA Mühəndis

LocationBakı
Job typeNot specified
Work formatNot specified
Level1-3 il
SalaryNot specified
Deadline10/6/2026
CategoryİT və Proqramlaşdırma

Description

Keyfiyyətə önəm verən, texnologiya ilə işləməyi və test proseslərini daha səmərəli qurmağı sevən bir mütəxəssissinizsə, sizi komandamıza QA mühəndis kimi dəvət edirik.

Bu rolda test infrastrukturunun qurulması və inkişaf etdirilməsində iştirak edəcək, müasir test və avtomatlaşdırma alətlərindən istifadə edərək məhsulların keyfiyyətini təmin edəcəksiniz. Proqram təminatının hazırlanmasının bütün mərhələlərində test proseslərini həyata keçirəcək, potensial problemləri vaxtında aşkarlayacaq və onların həllinə töhfə verəcəksiniz.

Əsas məqsədimiz test proseslərinin mümkün qədər avtomatlaşdırılması, səmərəliliyin artırılması və yüksək keyfiyyət standartlarının təmin edilməsidir.

Əgər güclü texniki biliklərə, analitik düşüncəyə və keyfiyyətə fokuslanan yanaşmaya sahibsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq!

Requirements

  • Kompüter elmləri, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Proqram təminatının test edilməsi üzrə ən azı 1 il iş təcrübəsi: unit, integration, functional, test automation və mobile testing;
  • Postman, Cucumber Framework, Appium və Selenium əsaslı alətlərlə iş təcrübəsi;
  • Oracle Database və ya MS SQL Server verilənlər bazalarından ən azı biri ilə iş təcrübəsi;
  • Java və JavaScript üzrə biliklər;
  • Avtomatlaşdırılmış test alətləri, testlərin qiymətləndirilməsi, planlaşdırılması və hesabatların hazırlanması üzrə praktiki təcrübə;
  • Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Yüksək təşkilatçılıq və detallara diqqət;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Bir neçə QA tapşırığı arasında prioritetləri müəyyənləşdirərək müstəqil işləmək bacarığı;
  • Çevik, adaptiv və sürətli öyrənmə bacarığı.

Üstünlükdür

  • FinTech sahəsində iş təcrübəsi;
  • Agile metodologiyası ilə iş təcrübəsi;
  • Kiçik mütəxəssis olan əməkdaşlarla bilik və təcrübəni bölüşmək istəyi;
  • XRAY test aləti ilə iş təcrübəsi.

Ekosistem səviyyəsində öyrənmə imkanları

Mentorluq və peşəkar inkişaf

Milyonlarla müştəri üçün real təsir yaratmaq

Dəstəkləyici və açıqfikirli mədəniyyət

Texnologiya və biznesin kəsişməsində karyera imkanı

Salary and bonus

Yüksək təminatlı sığorta

Korporativ endirimlər

Korporativ tədbirlər

Əlavə məzuniyyət günləri

  • Məhsulun buraxılışından əvvəl funksionallığı yoxlamaq üçün test planlarının hazırlanması;
  • Tələblərə uyğunluğunu və uğurlu tətbiqini təmin etmək üçün məhsul funksionallığının test edilməsi;
  • Problemlərin, xətaların və dəyişikliklərin sənədləşdirilməsi, araşdırılması və idarə olunması;
  • Test zamanı aşkar edilmiş problemlərin təkrarlanması və həlli üçün mühəndislik komandaları ilə əməkdaşlıq;
  • Müxtəlif mühit və platformalarda, o cümlədən production mühitində manual, end-to-end və regression testlərinin həyata keçirilməsi;
  • Test planlarının, test ssenarilərinin və test nümunələrinin hazırlanması və icrası, aşkar edilmiş proqram xətalarının aradan qaldırılması üçün developerlərlə əməkdaşlıq;
  • UAT daxil olmaqla müxtəlif test imkanlarının qurulması və tətbiqi;
  • Ölçülə bilən qəbul meyarlarının müəyyənləşdirilməsi və “Definition of Done” meyarlarının aydın şəkildə formalaşdırılması üçün Məhsul sahibi ilə əməkdaşlıq.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Official application page

Kapital Bank accepts applications for this role through their own system. Apply there first to make sure your CV reaches them.

Apply on Kapital Bank's site