Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Filters

Salary (₼)
Clear filters
Get emailed when new jobs match this search
Afea Group

Middle/Senior Operations Risk Analyst

Afea GroupBakı

🚀 Delivery Communication
Tam ştat 0
Ş

Ev personalı və təmizlik (ailə cütlüyü - şamaxı)

ŞəxsiBakı

🚀 Delivery Communication
1000 ₼Tam ştat 1· 7 dəq əvvəl
E

Satış mütəxəssisi

EDU COMPANY Təhsil ŞirkətiBakı

🚀 Delivery Communication
600-800 ₼Tam ştat 0
Div Academy

SMM Internship

Div AcademyBakı

🚀 Delivery Communication
300 ₼Tam ştat 2· 1 gün əvvəl
Yelo Toys

Sosial Media Marketinq (SMM) mütəxəssisi

Yelo ToysBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 0
Panda Baby

Satıcı-konsultant

Panda BabyBakı

🚀 Delivery Communication
600-800 ₼Tam ştat 0
← Back to list
R

Redmark Agency 0 views

Reklam üzrə mütəxəssis

LocationBakı
Job typeTam ştat
Work formatOn-site
LevelMiddle
Salary1000-1500 AZN
Deadline8/19/2026
CategorySatış və Marketinq

Description

  • Redmark Agency 30+ tibb sektoru müştərisinin reklam kampaniyalarını idarə edən Ads Specialist axtarır. Namizəd Meta, TikTok və Google platformalarında kampaniyaların qurulması, optimallaşdırılması və nəticələrin hesabatlılığına tam məsuliyyət daşıyacaq.
  • Əsas öhdəliklər

Meta Ads (Facebook & Instagram)

  • Meta Business Suite və Ads Manager üzərindən kampaniyaların qurulması və idarə edilməsi
  • Kampaniya strukturunun düzgün qurulması (kampaniya konsolidasiyası, adset strategiyası, büdcə bölgüsü)
  • Auditoriya strategiyası: custom audience, lookalike, retargeting funnellərinin qurulması
  • Creative fatigue, frequency, CPR/CPM kimi metriklərin daimi monitorinqi və optimallaşdırma
  • A/B testlərin planlanması və nəticələrin analizi

TikTok Ads

  • TikTok Ads Manager üzərindən kampaniyaların qurulması və idarə edilməsi
  • Platformaya uyğun kampaniya məqsədlərinin və auditoriya strategiyasının seçilməsi
  • Tibb sektoru üzrə reklam siyasətlərinin (məhdudlaşdırılmış kateqoriyalar) nəzərə alınması və rədd (rejection) hallarının həlli
  • Platformanın kreativ tələblərinə uyğun kontent istiqamətinin müəyyənləşdirilməsi

Google Ads & SEO

  • Search, Display və Performance Max kampaniyalarının qurulması və idarəsi
  • Açar söz araşdırması, negative keyword idarəsi, keyfiyyət balının yüksəldilməsi
  • On-page SEO: meta taglar, texniki audit, sayt strukturu üzrə tövsiyələr
  • Google Business Profile optimallaşdırması
  • Google Analytics (GA4) və Search Console üzərindən performans analizi

Kontent komandası ilə əməkdaşlıq

  • Reklam üçün hansı kontentin lazım olduğunu müəyyən edir və kontent komandasına dəqiq brief verir
  • Hər platforma üçün (Meta, TikTok, Google) düzgün format, mesaj və struktur tələblərini komandaya çatdırır
  • Performans datasına əsaslanan geri bildirim verir: hansı kreativ işləyir, hansı yenilənməlidir, niyə?
  • Kreativ rotasiya planını qurur və kontent istehsalının reklam qrafikinə uyğunluğunu təmin edir
  • Hazırlanan kontentin reklam siyasətlərinə (Meta, TikTok health policies) uyğunluğunu yayımdan əvvəl yoxlamaq

Hesabatlılıq

  • Gündəlik və aylıq reklam hesabatlarının hazırlanması
  • Müştəri görüşlərində nəticələrin təqdim edilməsi üçün datanın hazırlanması
  • Anomaliyaların (CPL artımı, çatdırılma problemləri) vaxtında aşkarlanması və həlli

Requirements

  • Meta Ads üzrə minimum 2 il praktiki təcrübə (real ad account-larla işləmiş olmalı)
  • TikTok Ads üzrə praktiki təcrübə
  • Google Ads və SEO üzrə praktiki bilik və təcrübə
  • GA4, Meta Pixel, TikTok Pixel, event tracking anlayışı
  • Data ilə işləmə bacarığı: CPM, CPR, ROAS, CTR, frequency kimi metrikləri oxumaq və qərar vermək
  • Brief yazma və komandalararası kommunikasiya bacarığı
  • Üstünlük sayılacaq
  • Tibb/sağlamlıq sektoru ilə iş təcrübəsi
  • Meta Blueprint, Google Ads və ya TikTok Academy sertifikatları
  • Notion, n8n kimi alətlərlə tanışlıq
  • İngilis dili (platforma yenilikləri və resursları izləmək üçün)
  • Nə təklif edirik
  • Tibb sektorunda ixtisaslaşmış agentlikdə 20+ aktiv reklam hesabı ilə real təcrübə
  • Rüblük KPİ bonusu
  • Qurulmuş proseslər və hesabat sistemləri — sıfırdan xaos yox, sistemli mühit

Salary and bonus

  • Güclü komanda mədəniyyəti — mütəmadi team building, birgə tədbirlər və dəstəkləyici iş mühiti
  • Müraciət üçün CV-nizi və idarə etdiyiniz kampaniyalardan nəticə nümunələrini (screenshot və ya case) info@redmark.az e-poçt ünvanına "Reklam mütəxəssisi" başlığı ilə göndərin.
  • Uyğun görülməyən CV-lərə geri dönüş edilməyəcək.

Send application

Attach your CV as a PDF. JobLabs will analyze fit signals and forward the application to the employer.