Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı eksperti
Bank of Baku • Bakı
🚀 Delivery✨ Communication

Xəzinə bölməsi üzrə kiçik mütəxəssis xəzinədar-əməliyyatçı- Sabirabad
ABB • Bakı
🚀 Delivery✨ Communication
V
Veysəloğlu Əmlak MMC • 1 views
Biznes və Maliyyə Analitiki
LocationBakı
Job typeTam ştat
Work formatOn-site
Level1-3 il
SalaryNot specified
Deadline9/10/2026
CategoryMaliyyə və Mühasibat
Description
- DİQQƏT!!! #işvar
- Vəzifə: Biznes və Maliyyə Analitiki
- Şirkət: Veysəloğlu Əmlak MMC
- Kateqoriya: Maliyyə
- İş qrafiki: Həftəiçi 5 gün
Vəzifə öhdəlikləri
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək
- Layihələr üzrə büdcə, forecast və faktiki nəticələrin təhlilini aparmaq
- Layihələrin rentabelliyi, xərc strukturu və maliyyə göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq
- IFRS tələblərinə uyğun uçotun qurulması və tətbiqi prosesinə dəstək vermək
- Yeni mühasibat uçotu siyasət və prosedurlarının hazırlanmasında iştirak etmək
- ERP sisteminin maliyyə modulunun qurulması və biznes proseslərinin xəritələndirilməsi layihələrində iştirak etmək
- Maliyyə məlumatlarının düzgünlüyünü və tamlığını təmin edən nəzarət prosedurlarını dəstəkləmək
- Müqavilələr və investisiya layihələri üzrə maliyyə təhlilləri hazırlamaq
- NPV, IRR, Payback Period və digər investisiya göstəricilərinin hesablanmasında iştirak etmək
- Büdcə, xərc nəzarəti və pul vəsaitlərinin planlaşdırılması proseslərinə dəstək vermək
- Daxili və xarici audit üçün tələb olunan maliyyə məlumatlarını və hesabatları hazırlamaq
- Maliyyə məlumatlarının avtomatlaşdırılması və analitik hesabatlılığın təkmilləşdirilməsi üzrə təşəbbüslər irəli sürmək
- Rəhbərlik üçün analitik hesabatlar və təqdimatlar hazırlamaq
- CFO tərəfindən verilən maliyyə və transformasiya layihələrini icra etmək
Requirements
- Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil
- IFRS üzrə yaxşı nəzəri və praktiki biliklər
- ACCA sertifikatlarının olması və ya ACCA proqramında aktiv təhsil alması üstünlükdür
- Güclü analitik düşüncə və akademik baza
- Maliyyə sahəsində minimum 1–1,5 il iş təcrübəsi
- Audit olunan şirkətlərdə iş təcrübəsi üstünlükdür
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə ilkin praktiki təcrübə
- MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, XLOOKUP/INDEX-MATCH, Power Query və s.)
- Məsuliyyətli, detallara diqqətli və öyrənməyə açıq olmaq
- Müraciət qaydası: Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində *“Biznes və Maliyyə Analitiki”* qeyd etməklə CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: Career@veyseloglu.az
- Müraciət tarixi: 04.09.2026
How to apply
Veysəloğlu Əmlak MMC hasn't registered on JobLabs yet, so we can't deliver an application through the platform. Send your CV directly to:
