Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Filters

Salary (₼)
Clear filters
Get emailed when new jobs match this search
A

Satınalma üzrə mütəxəssis

AMASS MMCBakı

🚀 Delivery Communication
Tam ştat 8· 2 gün əvvəl
Emsan

Baş Anbardar

EmsanBakı

🚀 Delivery Communication
Tam ştat 0
Kapital Bank

Terminal ödənişləri üzrə texniki işçi

Kapital BankBakı

🚀 Delivery Communication
Tam ştat 0
← Back to list
V

Vita Terra 0 views

Satış Meneceri

LocationBakı
Job typeTam ştat
Work formatOn-site
LevelMiddle
SalaryNot specified
Deadline8/19/2026
CategoryLogistika və Nəqliyyat

Description

  • Vita Terra
  • Vakansiya / İş Təsviri
  • Vəzifə: Satış Meneceri
  • şirkət haqqında
  • Vita Terra — kənd təsərrüfatı mühafizə vasitələri (gübrə və pestisidlər) sahəsində idxal və satışla məşğul olan şirkətdir. Müştəri bazamıza fermerlər, təsərrüfatlar, distribütorlar və aqro-mağazalar daxildir. Komandamıza həm satışı aparan, həm də məhsul uçotu və çatdırılmanı nizamlı idarə edə bilən Satış Meneceri axtarırıq.
  • Vəzifənin məqsədi
  • Satış hədəflərinə çatmaq, müştərilərlə uzunmüddətli əlaqələr qurmaq və eyni zamanda müştərilərə verilən məhsulların uçotunu, anbar qalığına nəzarəti və çatdırılma prosesini nizamlı şəkildə təşkil etmək.
  • Əsas vəzifələr
  • Satış
  • Mövcud və yeni müştərilərlə (fermerlər, təsərrüfatlar, distribütorlar, aqro-mağazalar) satışın həyata keçirilməsi.
  • Müştərilərlə görüşlərə getmək, sahədə məhsulları təqdim etmək və satış danışıqları aparmaq.
  • Aylıq və mövsümi satış hədəflərinin yerinə yetirilməsi (əkin/becərmə mövsümlərinin nəzərə alınması).
  • Qiymət təklifləri hazırlamaq, sifarişləri qəbul etmək və rəsmiləşdirmək.
  • Uçot və stok (anbar) nəzarəti
  • Müştərilərə verilən məhsulların uçotunun aparılması (kimə, nə qədər, hansı şərtlə verilib).
  • Anbar qalığına nəzarət — məhsulun mövcudluğu, çatışmazlıq və ehtiyat səviyyələrinin izlənməsi.
  • Satış və qalıq məlumatlarının müntəzəm yenilənməsi (Excel və ya şirkət uçot sistemi vasitəsilə).
  • Debitor borclarının izlənməsi — müştərilərin ödəniş və borc vəziyyətinin qeydiyyatı və maliyyə şöbəsi ilə uzlaşdırılması.
  • Çatdırılma və logistika
  • Sifarişlərin müştəriyə çatdırılmasının təşkili və koordinasiyası.
  • Anbar və nəqliyyat ilə əlaqələndirmə — vaxtında və düzgün çatdırılmanın təmin edilməsi.
  • Çatdırılma sənədlərinin (qaimə, çatdırılma qeydləri) düzgünlüyünə nəzarət.
  • Hesabatlıq
  • Rəhbərliyə müntəzəm satış, qalıq və debitor hesabatlarının təqdim edilməsi.
  • Müştəri məlumat bazasının aktual saxlanması.
  • Tələblər (məcburi)
  • Ən azı 2 il satış və ya satış+uçot sahəsində iş təcrübəsi (aqro/kimya, FMCG, distribusiya sahələri üstünlükdür).
  • Excel-də (cədvəl, sadə düsturlar) uçot aparmaq bacarığı.
  • Sürücülük vəsiqəsi (B kateqoriya) və regionlara ezamiyyətə hazır olmaq.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı; hesabat tərtib etmək bacarığı.
  • Nizamlılıq, məsuliyyət və rəqəmlərlə diqqətli işləmə.
  • Arzuolunan (üstünlük)
  • Aqrar/kimya məhsulları (gübrə, pestisid) üzrə bilik və ya təhsil (aqronomiya, kimya, aqrobiznes).
  • Mövcud müştəri/fermer bazası ilə iş təcrübəsi.
  • 1C və ya oxşar uçot proqramı ilə iş bacarığı.
  • Rus və/və ya ingilis dili biliyi.
  • Şəxsi keyfiyyətlər
  • Güclü kommunikasiya və danışıq aparma bacarığı, nəticəyönümlülük, müstəqil iş qabiliyyəti, planlaşdırma və eyni anda satış ilə uçotu balanslaşdırma bacarığı.
  • Təklif olunan şərtlər
  • İş yeri / region
  • Bakı
  • İş qrafiki
  • Tam ştat, həftədə 5-6 gün

Salary and bonus

  • Sabit + satış bonusu
  • Əlavə şərtlər
  • Nəqliyyat/yanacaq, telefon, ezamiyyə xərcləri
  • Sınaq müddəti
  • 3 ay
  • Müraciət qaydası
  • CV-nizi sales@vitaterra.az ünvanına “Satış Meneceri” başlığı ilə göndərin. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Send application

Attach your CV as a PDF. JobLabs will analyze fit signals and forward the application to the employer.