Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
A
Pərakəndə kreditləşmə sahəsinin back-end üzrə aparıcı proqramçısı
ABB • Bakı
🚀 Delivery✨ Communication
A
ABB • 0 baxış
Rəqəmsal dələduzluq əməliyyatlarının təhqiqatı və idarə edilməsi üzrə baş mütəxəssis
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
SəviyyəMiddle
Əmək haqqıQeyd edilməyib
Son tarix19.08.2026
KateqoriyaİT və Proqramlaşdırma
Təsvir
- İş haqqında
Görəcəyiniz işlər
- ∙ Kart və digər Rəqəmsal kanallar üzrə keçən şübhəli əməliyyatların təhlili;
- ∙ Müştərilər ilə əməliyyatın dəqiqləşdirilməsi;
- ∙ Nəticəyə əsasən tədbir planının görülməsi;
- ∙ Hesabatların hazırlanması və müxtəlif instansiyalara təqdim edilməsi;
- ∙ Dələduzluq əməliyyatları üzrə tendensiyaları müəyyənləşdirmə və çoxhesablı əlaqələr quraraq saxta hesabların aşkarlanmasının həyata keçirilməsi;
- ∙ Elektron ticarət, POS, mPOS və LinkPay məhsulları üzrə riskli xidmətlərə nəzarətin təmin edilməsi;
- ∙ Müştəri olma prosesində müvafiq nəzarət sistemləri üzrə sorğuların idarəedilməsi, kənarlaşma hallarının müəyyən edilərək, aradan qaldırılması istiqamətində işlərin görülməsi;
- ∙ Dələduzluq əməliyyatları ilə bağlı etiraz sorğularının idarəedilməsi;
- ∙ Struktur üzrə təlim-tədris proseslərində, o cümlədən bankdaxili kommunikasiyanın təşkili və idarəedilməsində iştirak etmək;
- ∙ Dələduzluq əməliyyatları üzrə mübahisəli halların araşdırılması, aradan qaldırılması;
- ∙ Beynəlxalq Kart təşkilatlarının tələblərinə uyğun olaraq dələduzluq əməliyyatları üzrə hesabatların təqdim edilməsi və uyğunluğunun yoxlanılması;
- ∙ Beynəlxalq Kart Təşkilatları üzrə EFM, BRAM, ECM, QMAP, VDMP və VFMP proqram sorğularının idarəedilməsi və zamanında cavablandırılmasının təmin edilməsi.
Bizim üçün uyğun namizəd
- ∙ Kompüter elmləri, statistika, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
- ∙ Kompüter avadanlığı, əməliyyat sistemi(Microsoft Windows) və ofis proqram təminatı(Microsoft Office(Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri(JIRA, Manage Engine və s.)) ilə işləmə bacarığı;
- ∙ Məlumat sorğulama alətləri üzrə biliklər (PL/SQL, SQL Developer);
- ∙ Məqsədyönlü və tapşırıqları düzgün və vaxtında yerinə yetirmək bacarığı;
- ∙ Fraud Management, Card Processing, Core Banking, Merchant Screening, Internet Banking, Mobile/Web Banking və s. növ proqram təminatları və modulları ilə yaxşı səviyyədə işləmə bacarığı;
- ∙ Ünsiyyət bacarığı;
- ∙ Analitik düşünmə bacarığı olan şəxsdir.
Rəsmi müraciət səhifəsi
ABB bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.
Müraciət göndər
CV-nizi PDF formatında əlavə edin. Sistem uyğunluq siqnallarını analiz edib müraciəti işəgötürənə yönləndirəcək.

