Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
ABB • Bakı
🚀 Delivery✨ Communication

ABB • 2 baxış
Sayt etibarlılığı mühəndisliyi üzrə aparıcı mühəndis
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix20.09.2026
KateqoriyaİT və Proqramlaşdırma
Görəcəyiniz işlər
- Mikroservis əsaslı tətbiqlər üçün xidmət səviyyəsi göstəriciləri (SLI) və məqsədlərini (SLO) müəyyənləşdirmək və həyata keçirmək;
- İnformativ panellər, metriklər və xəbərdarlıq mexanizmləri quraşdırmaq və təkmilləşdirmək;
- Sistem müşahidəsini davamlı yaxşılaşdırmaq - metriklər və izləmə sistemlərini təkmilləşdirərək sistem performansına daha dərin nəzarət, problem həlli vaxtını azaltmaq və proaktiv incident aşkarlanmasına dəstək vermək;
- İnfrastruktur, tətbiq və xidmət etibarlılığı üçün yüksək standartlar təyin edərək kod review vasitəsilə ən yaxşı təcrübələri irəli sürmək, mühəndisləri təlim etmək və komandalar arasında arxitektura və deployment proseslərinə təsir etmək;
- Strukturlaşdırılmış növbətçilik dəstək prosesinin (On Call) inkişafına və tətbiqinə töhfə vermək;
- İnsidentlər və əməliyyat anormallıqlarını araşdırmaq, həll etmək, əsas səbəb təhlili aparmaq və sonrakı təhlil prosesini həyata keçirmək;
- Təkrarlanan və ya manual əməliyyat tapşırıqlarını ("toil") müəyyən etmək, səmərəlilik və etibarlılığı artırmaq üçün skriptlər və ya avtomatlaşdırma həlləri hazırlamaq;
- Development, QA və Platform komandaları ilə sıx işbirliyi edərək etibarlılıq, genişlənə bilmə qabiliyyəti və təhlükəsizliyin sistem və tətbiq dizaynlarına inteqrasiya edilməsini təşviq etmək;
- Yeni texnologiyaları və yenilikləri izləmək, sistem davamlılığını və əməliyyat mükəmməlliyini artıran yeni alətlər və ya yanaşmaların qəbulu üçün tövsiyələr vermək.
Bizim üçün uyğun namizəd
- Kompüter Mühəndisliyi və ya Kompüter Elmləri sahəsində ali təhsil;
- Əla ünsiyyət bacarıqları;
- Linux təcrübəsi və şəbəkə sistemləri ilə tanışlıq;
- Python, Java və ya Go proqramlaşdırma dillərindən biri ilə təcrübə (Java üstünlükdür);
- Mürəkkəb, genişmiqyaslı distributed sistemlərdə konteyner orkestrləşdirilməsi (nümunə: kubernetes), yük balanslaşdırıcıları (load balancers), verilənlər bazaları və storage sistemləri ilə tanışlıq;
- Güclü problem həll etmə qabiliyyəti(troubleshooting) və mövcud problemləri həll etməyi öyrənmək istəyi olan;
- Monitoring frameworklər ilə təcrübəyə malik, (OpenTelemetry üstünlükdür);
- Prometheus + Thanos, Grafana Tempo, Grafana Loki ilə təcrübə (üstünlükdür);
- OpenShift ilə təcrübəsi olan (üstünlükdür) şəxsdir.
Rəsmi müraciət səhifəsi
ABB bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.
