Əsas məzmuna keç

Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Filtrlər

Əmək haqqı (₼)
Filtrləri təmizlə
M

Satış koordinatoru

Missiya Təhsil ŞirkətiXırdalan

🚀 Delivery Communication
1· 12 gün əvvəl
F

Korporativ Satış Mütəxəssisi

Fintech Lab MMCBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 2· 11 gün əvvəl
İnnovativ Layihələr Mərkəzi

İT Satınalma üzrə Mütəxəssis

İnnovativ Layihələr MərkəziBakı

🚀 Delivery Communication
Tam ştat 3· 11 gün əvvəl
SCORE COLLEGE MMC

SAT və IELTS üzrə Satış Meneceri

SCORE COLLEGE MMCBakı

🚀 Delivery Communication
Tam ştat 0· 3 gün əvvəl
A

Mühafizəçi

Ata Pack MMCBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 3· 29 gün əvvəl
O

Satış üzrə Təmsilçi

Olcay Yapı MalzemeleriBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 1· 12 gün əvvəl
← Geri qayıt
Afea Group

Afea Group 8 baxış

Google Ads Internship Programı

LokasiyaBakı
İş növüTəcrübə proqramı
İş formatıHibrid
SəviyyəTəcrübəsiz
Əmək haqqı700 AZN
Son tarix09.09.2026
KateqoriyaSatış və Marketinq

Təsvir

Azərbaycanda bənzəri olmayan Google Ads Internship Programı

₼700 net maaşla öyrən, proqramı uğurla bitir və Junior Google Ads Specialist kimi ₼1000 net maaş + yüksək performans bonusu ilə karyerana davam et!

Bu proqram çərçivəsində 10 nəfərin seçilərək internship proqramına qəbul edilməsi planlaşdırılır. Google Ads sahəsində peşəkar mütəxəssis olmaq, dünyanın ən tələb olunan peşələrindən birində karyera qurmaq və bütün bunları öyrənərkən maaş almaq istəyirsən? O zaman bu proqram məhz sənin üçündür.

Bu proqramı fərqləndirən nədir?

  • ₼700 net maaşlı internship (əksər internship proqramlarından fərqli olaraq ödənişlidir)
  • 9 aylıq strukturlaşdırılmış inkişaf proqramı
  • Real reklam büdcələri və canlı layihələr üzərində praktiki təcrübə
  • Təcrübəli mentorlarla birbaşa çalışma imkanı
  • Proqramı uğurla bitirənlər üçün Junior Google Ads Specialist vəzifəsi, ₼1000 net maaş + yüksək performans bonusu

Azərbaycanda Google Ads üzrə peşəkar mütəxəssis yetişdirən şirkətlər çox azdır. Elə buna görə də bazarda bizim axtardığımız standartlarda mütəxəssis tapmaq olduqca çətindir. Biz hazır mütəxəssis axtarmırıq — onları özümüz yetişdiririk.

Niyə Internship Proqramı?

Biz inanırıq ki, ən güclü komandalar hazır şəkildə tapılmır, yetişdirilir. Bu proqramın məqsədi sadəcə təcrübə keçmək deyil. Məqsədimiz sıfırdan güclü nəzəri baza formalaşdırmaq, real layihələr üzərində praktiki bilik qazandırmaq və proqramı uğurla bitirən əməkdaşlarımızı uzunmüddətli karyeralarını bizim komandada qurmağa hazırlamaqdır. Ötən illərdə də bu proqramı uğurla həyata keçirmişik və iştirakçılarımızın yarıdan çoxu proqramı uğurla bitirərək bu gün də komandamızın üzvü kimi fəaliyyətini davam etdirir. Şirkətimizin sürətlə böyüməsi ilə əlaqədar bu il proqramı daha geniş miqyasda yenidən başladırıq və komandamıza gələcəyin Google Ads mütəxəssislərini yetişdirmək istəyirik.

Internship necə keçiriləcək?

Müddət: 9 ay

Əmək haqqı və bonus

Proqram iki mərhələdən ibarətdir.

I Mərhələ — İlk 3 ay

Bu müddət sınaq dövrü olmaqla yanaşı, Google Ads və rəqəmsal marketinq üzrə güclü nəzəri baza qurmaq üçün nəzərdə tutulub. Bu mərhələdə sən:

  • Google Ads sistemini A-dan Z-yə öyrənəcəksən
  • Keyword Research və bazar analizləri aparacaqsan
  • Reklam mətnləri hazırlayacaqsan
  • Landing Page optimizasiyasını öyrənəcəksən
  • Reklam kampaniyaları quracaq və optimizasiya etməyi öyrənəcəksən
  • Data analitikası, performans optimizasiyası və risklərin idarə olunmasını mənimsəyəcəksən

II Mərhələ — Sonrakı 6 ay

İlk mərhələni uğurla bitirən iştirakçılar artıq real reklam kampaniyalarının idarə olunmasına birbaşa məsul şəxs kimi qoşulacaq, yüksək büdcəli layihələr üzərində işləyəcək və öyrəndikləri nəzəri bilikləri praktikada tətbiq edərək peşəkar təcrübə qazanacaqlar.

Proqramı uğurla bitirdikdən sonra

Kimlər müraciət edə bilər?

  • Yeni məzunlar
  • Karyerasını rəqəmsal marketinq sahəsində qurmaq istəyənlər
  • İş sahəsini dəyişərək gələcəyi olan və sürətlə inkişaf edən bir peşəyə keçmək istəyənlər
  • Analitik düşüncəyə sahib, rəqəmlərlə işləməyi sevən və daim inkişaf etməyə hazır olan şəxslər
  • Google Ads biliyinin olması üstünlükdür, lakin vacib deyil
  • Əsas olan öyrənmək istəyi, məsuliyyət hissi və inkişaf motivasiyasıdır

Səni gözləyən imkanlar

  • Təcrübəli mentorlarla intensiv inkişaf proqramı
  • Yüksək büdcəli real reklam kampaniyaları üzərində praktiki təcrübə
  • Dünyanın ən böyük reklam platformalarından biri ilə peşəkar səviyyədə işləmək imkanı
  • Aydın və uzunmüddətli karyera inkişaf planı
  • Gənc, peşəkar və dəstəkləyici komanda

İş qrafiki

Bazar ertəsi – Cümə axşamı

10:00 – 19:00

Cümə günü sərbəstdir.

İstəsən evdən, istəsən ofisdən işləyə bilərsən. (Bəzi hallarda daxili qaydalara əsasən Cümə günü ofisdə olmaq tələb oluna bilər.)

Əlavə üstünlüklər

  • Biz inanırıq ki, məhsuldar iş mühiti yalnız yaxşı maaşdan ibarət deyil. Buna görə əməkdaşlarımızın həm rahatlığına, həm sağlamlığına, həm də gündəlik həyat keyfiyyətinə yatırım edirik
  • Gündəlik nahar şirkət tərəfindən qarşılanır
  • Limitsiz çay, qəhvə və digər içkilər
  • Gün ərzində meyvə, şirniyyat və müxtəlif qəlyanaltılar
  • Internship proqramını uğurla bitirərək komandamıza qoşulan əməkdaşlar üçün özəl tibbi sığorta
  • Şirkət tərəfindən tam qarşılanan parkinq
  • Xətai metrosunun yaxınlığında, şəhərin mərkəzində yerləşən müasir ofis
  • Game Room
  • Nap Area — gün ərzində ehtiyac yarandıqda qısa müddət istirahət edib enerjini bərpa edə biləcəyin xüsusi istirahət zonası
  • Təkcə nahar, qəlyanaltılar, içkilər və parkinqin şirkət tərəfindən qarşılanması əməkdaşlarımız üçün aylıq təxminən ₼300–₼500 əlavə qənaət yaradır

Rəsmi müraciət səhifəsi

Afea Group bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.

Afea Group saytında müraciət et