Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Birbank Branch Talent Program - Filialın gələcək peşəkarları üçün inkişaf proqramı
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication
B
Balique 2023 Ltd MMC • 2 baxış
İnsan Resursları üzrə Menecer (HR Manager)
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix10.09.2026
Kateqoriyaİnsan Resursları
Təsvir
- DİQQƏT!!! #işvar
- Vəzifə: İnsan Resursları üzrə Menecer (HR Manager)
- Şirkət: Balique 2023 Ltd MMC
- Kateqoriya: İnsan Resursları
- İş qrafiki: 5 günlük, 09:00–18:00
Vəzifə öhdəlikləri
- Şirkətin insan resursları strategiyasını hazırlamaq və icrasını təmin etmək
- İşçi ehtiyaclarını müəyyənləşdirmək, vakansiyaları yerləşdirmək və işə qəbul prosesini tam idarə etmək
- Namizədlərlə müsahibələr keçirmək, qiymətləndirmə və seçim prosesini təşkil etmək
- İşə qəbul, vəzifə dəyişikliyi və əmək müqaviləsinə xitam proseslərini əmək qanunvericiliyinə uyğun icra etmək
- ƏMAS sistemi və digər elektron platformalarda HR əməliyyatlarını həyata keçirmək
- Ştat cədvəlini hazırlamaq və struktur dəyişiklikləri üzrə təkliflər vermək
- Məzuniyyət qrafiklərini hazırlamaq və icrasına nəzarət etmək
- Əməkdaşların davamiyyətinə və iş vaxtının uçotuna nəzarət etmək
- Aylıq, rüblük və illik HR hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
- Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək və tətbiqini təmin etmək
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
- İnsan Resursları, Hüquq, İdarəetmə, Biznesin idarə olunması və ya uyğun ixtisas üzrə ali təhsil
- İnsan Resursları sahəsində minimum 3–5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilmək
- İşə qəbul, əmək münasibətləri, kadr uçotu və əmək qanunvericiliyi üzrə praktiki təcrübə
- ƏMAS sistemi və digər elektron dövlət platformalarında işləmək bacarığı
- MS Office proqramlarından, xüsusilə Excel və Word proqramlarından yüksək səviyyədə istifadə bacarığı
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Rus və ingilis dillərini bilmək üstünlükdür
- Liderlik, analitik düşüncə və komandanı idarəetmə bacarığı
Müraciət qaydası
- CV-lərinizi mövzu hissəsində “İnsan Resursları üzrə Menecer (HR Manager)” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.
- CV göndər: careers@balique.az
- Müraciət tarixi: 29.07.2026
Necə müraciət etmək olar
Balique 2023 Ltd MMC hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:

