Əsas məzmuna keç

Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Filtrlər

Əmək haqqı (₼)
Filtrləri təmizlə
GL ASC

Xəzinədar - əməliyyatçı (Xırdalan filialı)

GL ASCXırdalan

🚀 Delivery Communication
Tam ştat 4· 8 gün əvvəl
A

Maliyyə meneceri

Azera Holding (Fruitland-AZ MMC)Bakı

🚀 Delivery Communication
Tam ştat 1· 25 gün əvvəl
Vindex Legal MMC

Problemli Kreditlər üzrə Mütəxəssis

Vindex Legal MMCBakı

🚀 Delivery Communication
600-1400 ₼Tam ştat 19· 25 gün əvvəl
A

Tender üzrə mütəxəssis

Azdizayn Group MMCBakı

🚀 Delivery Communication
800-1000 ₼Tam ştat 1· 25 gün əvvəl
Ferrum Capital QSC

Problemli kreditlər üzrə mütəxəssis

Ferrum Capital QSCBakı

🚀 Delivery Communication
700 ₼Tam ştat 2· 8 gün əvvəl
ABB

Kredit risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

ABBBakı

🚀 Delivery Communication
Tam ştat 3· 15 gün əvvəl
← Geri qayıt
Bank of Baku

Bank of Baku 0 baxış

2 saylı Mikrokreditlər bölməsinin rəhbəri

LokasiyaBakı
İş növüQeyd edilməyib
İş formatıQeyd edilməyib
SəviyyəQeyd edilməyib
Əmək haqqıQeyd edilməyib
Son tarix27.09.2026
KateqoriyaMaliyyə və Mühasibat

Təsvir

Vəzifə funksiyaları- Filialın Mikrokreditlər üzrə portfelinin artımına və keyfiyyətinə nəzarət edir;

  • Bank tərəfindən filialın Mikrokreditlər bölməsinin qarşısında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bununla əlaqədar təkliflər verir;
  • Müştəri Xidmətləri Departamentinin/Filialın Kredit Komitəsinidə mütləq üzv kimi iştirak edir;
  • Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitəsinə sədrlik edir;
  • Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitələrinin vaxtında və müəyyən edilmiş qaydada keçirilməsinə nəzarət edir;
  • Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;
  • Filialın Mikrokreditlər bölməsində yaranmış problemlərin qısa müddət ərzində həll edilməsi prosesini koordinasiya edir;
  • Etibarnamə əsasında müəyyən edilmiş məbləğ çərçivəsində Mikrokredit müqavilələrini,girov və ipoteka müqavilələrini həmçinin qeyd edilən müqavilələrin əlavələrini imzalayır;
  • Bank tərəfindən müəyyən olunmuş səlahiyyətlər çərçivəsində imzaladığı Mikrokredit müqavilələri barədə birbaşa rəhbərinə gündəlik olaraq hesabat verir;
  • Filialın Mikrokreditlər bölməsi tərəfindən filialda yerləşən maddi-texniki bazadan təyinatı üzrə istifadə edilməsinə nəzarət edir;
  • Filialın Mikrokreditlər bölməsinin inkişafı, məhsulların və xidmətlərin təkmilləşdirilməsi barədə təkliflər verir, Biznes sahəsi tərəfindən müəyyən edilmiş hesabatların hazırlanmasına nəzarət edir, bankdaxili qaydaları və qanunvericilikdə olan yenilikləri işçilərə izah edir;
  • Bankın daxili qaydalarına əsasən, problemli kreditlərin ekspertlər tərəfindən təqibinə nəzarət edir;
  • Problemli ərizəçi və müştərilərlə, onların zaminləri ilə həmçinin, xüsusi diqqət tələb edən borcalanlarla danışıqlar aparır;
  • Bank daxili qaydalarla müəyyən edilmiş aylıq monitorinq planına əsasən monitorinqlər həyata keçirir və monitorinq hesabatını Mikrokreditlər Departamentinə və bir başa rəhbərinə təqdim edir;
  • İş günü ərzində ekspertlərin müştərilərlə ünsiyyətinə nəzarət edir;
  • Filialın Mikrokreditləri bölməsinin bölmədaxili İT problemləri ilə bağlı birbaşa rəhbəri və aidiyyəti sturukturları məlumatlandırır;
  • Filialın Mikrokreditlər bölməsinin digər əməkdaşları ilə treyninqlər aparır. Iştirak etdiyi təlimlərdə əldə etdiyi zəruri bilgiləri onlarla paylaşır;
  • Filialın Mikrokreditlər bölməsi ilə bağlı daxil olan sorğu və hesabatların vaxtında icra və təmin edilməsinə nəzarət edir, Filial direktorunun və Mikrokreditlər Departamentinin sorğularına əsasən müəyyən hesabatlar hazırlayır;
  • Bank tərəfinfən verilmiş etibarnaməyə əsasən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Bankı Dövlət orqanları qarşında təmsil edir;
  • İmzalanmış iltizama əsasən bank və kommersiya sirrinin qorunmasına əməl edir və bu məlumatların filialın digər əməkdaşları tərəfindən yayılmamasına bütün imkanlarından istifadə edərək nəzarət edir;
  • Mərkəzi kredit reyestrində ərizəçilərin yoxlanılmasının bankdaxili prosedurlara əsasən həyata keçirilməsinə nəzarət edir;
  • Filialın Mikrokreditlər bölməsinə dair sənədlərin mövcudluğuna, səliqəsinə və arxivləşdirilməsinə nəzarət edir;
  • Rəhbərlik etdiyi bölmə tərəfindən gündəlik kredit satışlarına nəzarət edir;
  • Bir başa marketinqlərin həyata keçirilməsi məqsədi ilə Mikrokreditlər bölməsinin iş qrafikini müəyyən edir, müvafiq bukletlərlə təmin edilməsinə nəzarət edir;
  • Mikrokreditlər bölməsinə cəlb edilən təcrübəçilərin hazırlanmasına, onların praktika müddətində nəzəri və praktiki biliklərinin artırılmasına nəzarət edir;
  • Filialda Mikrokreditlər bölməsi üzrə aparılmış bütün daxili və xarici yoxlamaların nəticəsində aşkar edilmiş nöqsan və çatışmamazlıqlar barədə yazılı hesabat verir, onların qoyulmuş vaxt ərzində aradan qaldırılmasını təmin edir;
  • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir.
  • Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir.

Yumşaq bacarıqlarDigər şərtlər- Vəzifələrini həyata keçirən zaman ortaya çıxan vacib məsələlər barədə subordinasiya qaydalarına uyğun olaraq bilavasitə rəhbərinə müraciət edir və məsələlərin həlli istiqamətində onunla əməkdaşlıq edir.

  • Əmək fəaliyyəti prosesində Bankın struktur bölmələrinin cari iş ahənginin pozulmasına və komandadaxili münasibətlərin pisləşməsinə təsir göstərən hərəkətlərə yol verməməlidir.

Rəsmi müraciət səhifəsi

Bank of Baku bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.

Bank of Baku saytında müraciət et