Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Birbank Branch Talent Program - Filialın gələcək peşəkarları üçün inkişaf proqramı
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication

Bank of Baku • 2 baxış
Seçim və yerləşdirmə bölməsinin rəhbəri
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix20.09.2026
Kateqoriyaİnsan Resursları
Təsvir
- Vəzifə funksiyalarıVəzifə funksiyaları
- I. Strateji idarəetmə və planlaşdırma
- Bankın illik/rüblük işəgötürmə strategiyasını hazırlayır, biznes məqsədləri ilə uzlaşdırır;
- Əsas KPI-ları (İşə qəbul müddəti, İşə qəbulun keyfiyyəti, sınaq müddətini keçmə faizi, Erkən işdən çıxma faizi) müəyyən edir və icrasına məsuliyyət daşıyır;
- İşəgötürmə kanallarının effektivliyini analiz edir, büdcə bölgüsünü optimallaşdırır;
- Kadr Rezervi bazasının formalaşdırılması üzrə strategiya hazırlayır.
- II. Komanda idarəetməsi
- Şöbə əməkdaşlarının iş bölgüsünü və fərdi KPI-larını müəyyən edir, icrasını qiymətləndirir;
- Daxili prosedur və təlimatları hazırlayır/təkmilləşdirir;
- Adaptasiya proqramının effektivliyini ölçür və nəticələr əsasında düzəlişlər edir.
- III. Proses və nəticələrin idarə edilməsi
- Vakansiyaların icra sürəti və keyfiyyətinə monitorinq aparır, gecikmələri struktur rəhbərləri ilə əlaqələndirir;
- işə qəbul piramidasının (Recruitment Funnel) konversiyasını izləyir kritik nöqtələrüçün təkliflər verir;
- Namizəd təcrübəsi sorğularını təşkil edir və nəticələrə uyğun düzəlişlər edir;
- Tərəfdaşlarla (agentliklər, universitetlər) əməkdaşlığı və Employer Branding tədbirlərini illik qiymətləndirir.
- IV. Hesabatlıq və nəzarət
- Rəhbərliyə işə qəbul prosesinə dair hesabatlar təqdim edir;
- CV bazasının aktuallığına, doğruluğuna və məxfiliyinə nəzarət edir;
- Tələb blanklarının vaxtında icrasına və sənədləşmənin qanunvericiliyə uyğunluğuna nəzarət edir;
- Vəzifəyə dair tələblər
- İdarəetmə, İqtisadiyyat, İnsan resursları və oxşar sahələrdə ali təhsil
- İnsan resursların dair beynəlxalq sertifikatın (HRCİ, SHRM) olmasına üstünlük verilir
- İşə qəbul üzrə 5 il və daha çox iş təcrübəsinin olması (Bank təcrübəsinin olması üstünlükdür)
- Sahəsi üzrə rəhbər vəzifədə 1-3 il iş təcrübəsinin olması
- Əmək məcəlləsi və bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi
- Yumşaq bacarıqlarNəticəyə yönümlülük
- Detallara diqqət
- İşi təqib etmə
- Danışıq aparma
- Planlama və təşkiltmə
- Təşkilatı anlama
- Qətiyyətlilik
- Dil biliyiAzərbaycan - Yüksək
- Rus - Yüksək
- İngilis - Yüksək
- Kompüter biliyiMS Excel - Yüksək
Rəsmi müraciət səhifəsi
Bank of Baku bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.

