Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
B
Business Service Centre LTD • 0 baxış
Baş Hüquqşünas / Senior Legal Consultant
LokasiyaBakı
İş növüTam ştat
İş formatıQeyd edilməyib
Səviyyə5+ il
Əmək haqqıQeyd edilməyib
Son tarix06.10.2026
KateqoriyaHüquq
Təsvir
DİQQƏT!!! #işvar
Vəzifə: Baş Hüquqşünas / Senior Legal Consultant
Şirkət: Business Service Centre LTD
Kateqoriya: Hüquq
İş qrafiki: Tam
Vəzifə öhdəlikləri
- Müştərilərin hüquqi sorğularını təhlil etmək və peşəkar hüquqi konsultasiya təqdim etmək
- Müxtəlif sahələr üzrə hüquqi məsələləri araşdırmaq və əsaslandırılmış hüquqi mövqelər hazırlamaq
- Hüquqi rəylər, memorandumlar, müqavilələr, məktublar və digər hüquqi sənədləri hazırlamaq və ekspertizasını həyata keçirmək
- Müştərilərlə görüşlərdə iştirak etmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun hüquqi həllər formalaşdırmaq
- Müqavilələri hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək
- Hüquqi riskləri müəyyənləşdirmək və onların idarə olunması ilə bağlı tövsiyələr vermək
Tələblər
- Hüquq üzrə ali təhsilə malik olmaq
- Hüquq sahəsində ən azı 5 il peşəkar iş təcrübəsinə malik olmaq
- Güclü hüquqi analiz və araşdırma bacarığına malik olmaq
- Hüquqi rəylərin və peşəkar hüquqi sənədlərin hazırlanması üzrə yüksək səriştəyə malik olmaq
- Müştərilərlə birbaşa işləmək və hüquqi məsələləri biznes dili ilə izah etmək bacarığına malik olmaq
- Güclü yazılı və şifahi kommunikasiya bacarığına malik olmaq
- Konsaltinq şirkətində və ya hüquqi konsultasiya sahəsində iş təcrübəsi üstünlükdür
- Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Baş Hüquqşünas / Senior Legal Consultant” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: hr@bsc-group.az
Müraciət tarixi: 30.09.2026
Necə müraciət etmək olar
Business Service Centre LTD hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:

