Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
C
CAPS Academy • 2 baxış
Müəllim / Təlimçi Onlayn Tədris
LokasiyaUzaqdan (Remote)
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix20.09.2026
KateqoriyaTəhsil
Təsvir
- CAPS Academy müxtəlif sahələr üzrə bilik və təcrübəsini onlayn formatda paylaşmaq istəyən müəllim və mütəxəssisləri tədris heyətinə dəvət edir.
- Bu, sabit maaşlı iş elanı deyil. Siz video kurs və ya canlı dərs formatında öz tədris məzmununuzu hazırlayır, kurs satışlarından müqavilədə müəyyən edilən rəqabətli gəlir payını əldə edirsiniz.
- Kimləri axtarırıq?
- Mövzusuna hakim olan, praktiki təcrübəsini aydın və strukturlaşdırılmış şəkildə öyrədə bilən mütəxəssisləri. Proqramlaşdırma, dizayn, maliyyə, hüquq, dil kursları, rəqəmsal marketinq və digər 30-dan çox sahə üzrə müraciətlər qəbul olunur.
- Sertifikat və ya əvvəlki müəllimlik təcrübəsi mütləq şərt deyil. Müraciətlər mövzu bilikləri, praktiki təcrübə və tədris yanaşması əsasında qiymətləndirilir.
- Sizin üçün nə təklif edirik?
- Video kurs və ya canlı dərs formatını seçmək imkanı
- Uzaqdan və öz qrafikinizə uyğun çalışma modeli
- Kursunuz üçün uyğun qiymət pilləsini seçmək imkanı
- Kurs satışlarından rəqabətli gəlir payı
- Qazancı müəllim panelindən real vaxtda izləmək imkanı
- Rəsmi müqavilə ilə əməkdaşlıq
- Texniki proseslərdə platforma dəstəyi
- Qeydiyyat və müraciətin ödənişsiz olması
- Əməkdaşlıq necə başlayır?
- Qeydiyyatdan keçin, tədris heyəti müraciətinizi təqdim edin və qiymətləndirmə mərhələsindən sonra əməkdaşlıq şərtləri ilə tanış olun. Müraciətlər adətən 3 iş günü ərzində nəzərdən keçirilir.
- Bilik və təcrübənizi daha geniş auditoriyaya çatdırmaq istəyirsinizsə, CAPS Academy tədris heyətinə qoşulmaq üçün müraciət edin.
- Müraciət üçün: www.caps.edu.az/telimci-ol/
Rəsmi müraciət səhifəsi
CAPS Academy bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.

