Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
V
Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)
Veysəloğlu Şirkətlər Qrupu • Bakı
🚀 Delivery✨ Communication

Emsan • 1 baxış
Rəqəmsal (Digital) Marketinq üzrə təcrübəçi
LokasiyaBakı
İş növüTəcrübə proqramı
İş formatıOfisdə
SəviyyəTəcrübəsiz
Əmək haqqı200 AZN
Son tarix02.10.2026
KateqoriyaSatış və Marketinq
Əsas vəzifələr
- Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin həyata keçirilməsində Marketinq komandasına dəstək olmaq;
- Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarının hazırlanması və idarə olunması prosesində iştirak etmək;
- Reklam kampaniyalarının gündəlik monitorinqində və nəticələrin izlənilməsində iştirak etmək;
- Reklam kampaniyalarının əsas göstəricilərini (CTR, CPC, CPM, CPA, ROAS və s.) öyrənmək və analiz etmək;
- Hədəf auditoriyalarının müəyyənləşdirilməsi və remarketing kampaniyalarının hazırlanması prosesində dəstək olmaq;
- Google Analytics 4 (GA4), Google Tag Manager və digər analitika alətləri ilə işləməyi öyrənmək və istifadəçi davranışlarının təhlilinə dəstək olmaq;
- Veb-saytın rəqəmsal performansının və SEO göstəricilərinin izlənilməsində iştirak etmək;
- Rəqib və bazar araşdırmalarının aparılmasına dəstək olmaq;
- Sosial media kontent planının hazırlanmasında iştirak etmək və kreativ komanda ilə koordinasiyalı işləmək;
- Influencer əməkdaşlıqları və rəqəmsal marketinq layihələrinin həyata keçirilməsində dəstək olmaq;
Əmək haqqı və bonus
- İş yeri: Bakı şəhəri, 25 Plaza;
- İş qrafiki: 5 günlük (Bazar ertəsi–Cümə);
- Əmək münasibətləri: AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir.
Namizədə tələblər
- Marketinq, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil alan və ya yeni məzun olmuş namizədlər;
- Rəqəmsal marketinq sahəsinə maraq və bu istiqamətdə inkişaf etmək istəyi;
- Meta Ads, Google Ads, TikTok Ads və digər rəqəmsal marketinq platformaları haqqında ilkin biliklərin olması üstünlükdür;
Müvafiq kurs, sertifikat və ya şəxsi layihələrin olması üstünlükdür.
- SEO və SEM haqqında ümumi anlayış;
- Excel və ya Google Sheets proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə və rəqəmlərlə işləməyə maraq;
- Öyrənməyə açıq və inkişafyönümlü olmaq;
- Yaradıcı və təşəbbüskar yanaşma;
- Komanda ilə işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq.
Tələblərə uyğun namizədlər mövzu hissəsində “Rəqəmsal Marketinq üzrə Təcrübəçi” qeyd etməklə şəkilli CV-lərini hr@emsan.com.az ünvanına göndərə bilərlər.
Necə müraciət etmək olar
Emsan hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:
