Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Birbank Branch Talent Program - Filialın gələcək peşəkarları üçün inkişaf proqramı
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication
F
Falcon Finance BOKT • 1 baxış
Lizinq mütəxəssisi
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix10.09.2026
Kateqoriyaİnsan Resursları
Təsvir
- DİQQƏT!!! #işvar
- Vəzifə: Lizinq mütəxəssisi
- Şirkət: Falcon Finance MMC
- Kateqoriya: Maliyyə
- İş qrafiki: Tam iş günü (5 gün)
Vəzifə öhdəlikləri
- Lizinq məhsullarının satışını həyata keçirmək və yeni müştərilərin cəlb olunmasını təmin etmək
- Potensial müştərilərlə görüşlər keçirmək və lizinq məhsulları barədə ətraflı məlumat vermək
- Lizinq müraciətlərini qəbul etmək, ilkin təhlilini aparmaq və müraciət prosesini idarə etmək
- Müştərilərdən tələb olunan sənədləri toplamaq, yoxlamaq və tamlığını təmin etmək
- Müştərilərin maliyyə vəziyyətini və ödəmə qabiliyyətini qiymətləndirmək
- Lizinq dosyelərini hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək
- Təsdiqlənmiş lizinq əməliyyatlarının rəsmiləşdirilməsi prosesində iştirak etmək
- Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək və yüksək xidmət keyfiyyətini təmin etmək
- Daxili prosedurlara uyğun sənədləşmə və hesabatların hazırlanmasını təmin etmək
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
Tələblər
- 25–45 yaş aralığında olmaq
- Ali təhsilli olmaq
- Bank və ya BOKT sahəsində təcrübə üstünlük olmaqla müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsinə malik olmaq
- Güclü analitik düşüncə və satış bacarığına sahib olmaq
- Təhlil, qərarvermə və ünsiyyət bacarıqlarına malik olmaq
- MS Office proqramlarında işləmək bacarığına sahib olmaq
- Fərdi və komanda ilə işləmək bacarığına malik olmaq
- Müraciət qaydası: Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Lizinq mütəxəssisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: hr@falconfinance.az
- Müraciət tarixi: 10.08.2026
Necə müraciət etmək olar
Falcon Finance BOKT hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:

