Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
H
Hospital • 1 baxış
İdman həkimi
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
SəviyyəMiddle
Əmək haqqıQeyd edilməyib
Son tarix24.08.2026
KateqoriyaSatış və Marketinq
Təsvir
- 📢 Reabilitoloq vakansiyası
- Hospitalımıza peşəkar Reabilitoloq axtarılır!
- Sağlamlığın bərpasına töhfə vermək, pasiyentlərə fərdi yanaşma göstərmək və peşəkar tibbi komandada çalışmaq istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
- Vəzifə öhdəlikləri
- Pasiyentlərin funksional vəziyyətinin qiymətləndirilməsi və reabilitasiya planının hazırlanması;
- Fərdi müalicə və reabilitasiya proqramlarının icrası;
- Travmatoloji, ortopedik, nevroloji və digər reabilitasiya ehtiyacı olan pasiyentlərin müalicəsinin aparılması;
- Müalicə prosesinin dinamikasının izlənilməsi və tibbi sənədləşmənin düzgün aparılması;
- Digər ixtisas həkimləri ilə multidissiplinar əməkdaşlığın həyata keçirilməsi;
- Tibbi etik qaydalara və hospitalın daxili prosedurlarına riayət edilməsi.
- Namizədə tələblər
- Reabilitologiya üzrə ali tibbi təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Müasir reabilitasiya metodlarını tətbiq etmək bacarığı;
- Məsuliyyətli, pasiyentyönümlü və komanda ilə işləmə bacarığı;
- Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
- İş şəraiti
- Rəsmi əmək müqaviləsi;
- Tam iş qrafiki;
Əmək haqqı və bonus
- Peşəkar inkişaf və təlim imkanları;
- Müasir tibbi avadanlıqlarla təchiz olunmuş iş mühiti.
- Müraciət: Uyğun namizədlərdən CV-lərini "Reabilitoloq" başlığı ilə hospitalın e-poçt ünvanına göndərmələri xahiş olunur.
Müraciət göndər
CV-nizi PDF formatında əlavə edin. Sistem uyğunluq siqnallarını analiz edib müraciəti işəgötürənə yönləndirəcək.


