Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kapital Bank • 1 baxış
Biznes İnkişafı Meneceri
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix20.09.2026
KateqoriyaLogistika və Nəqliyyat
Təsvir
- Sellerlərin inkişafını və performansını artırmaq, assortiment, qiymət, stok və promo fəaliyyətlərini idarə etməklə platformada satışların və biznes nəticələrinin yüksəldilməsini təmin etmək.
- Biznesin inkişafı, satış, Account Management və ya E-commerce sahəsində 2+ il təcrübə;
- Marketplace və sellerlərlə iş təcrübəsi üstünlükdür;
- Güclü ünsiyyət, danışıqlar və tərəfdaşlıq qurmaq bacarığı;
- Analitik düşüncə, KPI/SLA, satış, qiymət və stok göstəriciləri ilə işləmə bacarığı;
- Problemləri operativ həll etmək və bir neçə tapşırığı effektiv idarə etmək bacarığı;
- MS Excel / Google Sheets üzrə yaxşı bilik;
- FBO/FBS və marketplace prosesləri haqqında anlayış üstünlükdür;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət; ingilis dili üstünlükdür;
- Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli yanaşma.
- Ekosistem səviyyəsində öyrənmə imkanları
- Mentorluq və peşəkar inkişaf
- Milyonlarla müştəri üçün real təsir yaratmaq
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Texnologiya və biznesin kəsişməsində karyera imkanı
Əmək haqqı və bonus
- Yüksək təminatlı sığorta
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət günləri
- Sellerlərin inkişafı, təlimi və fəaliyyət göstəricilərinə nəzarət.
- Assortimentin genişləndirilməsi və yeni məhsulların platformaya çıxarılması.
- Qiymətlərin bazara uyğunlaşdırılması və rəqabətqabiliyyətli qiymət siyasətinin təmin edilməsi.
- Promo və marketinq kampaniyalarının təşkili, stok və xüsusi təkliflərin idarə olunması.
- FBO və digər iş modellərinin tətbiqi, stok və anbar proseslərinin idarə edilməsi.
- Yeni seller, mağaza və anbarların platformaya qoşulması.
- Məhsul kontentinin təkmilləşdirilməsi və yenilənməsinin koordinasiyası.
- Sellerlərin əməliyyat və digər problemlərinin həlli, konfliktlərin idarə edilməsi.
- Tərəfdaşlarla effektiv kommunikasiya və uzunmüddətli münasibətlərin inkişafı.
- Hədəf və potensial sellerlərin cəlb edilməsi, seller portfelinin inkişaf etdirilməsi.
- Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Necə müraciət etmək olar
Kapital Bank hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:

