Əsas məzmuna keç

Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Filtrlər

Əmək haqqı (₼)
Filtrləri təmizlə
İnnovativ Layihələr Mərkəzi

İT Satınalma üzrə Mütəxəssis

İnnovativ Layihələr MərkəziBakı

🚀 Delivery Communication
Tam ştat 3· 8 gün əvvəl
S

Marketinq Mütəxəssisi

SUR ConstructionBakı

🚀 Delivery Communication
1000-1500 ₼Tam ştat 3· 8 gün əvvəl
O

Satış üzrə Təmsilçi

Olcay Yapı MalzemeleriBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 1· 8 gün əvvəl
D

Satış Meneceri

Delever AZBakı

🚀 Delivery Communication
500 ₼Tam ştat 3· 8 gün əvvəl
A

Mühafizəçi

Ata Pack MMCBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 2· 25 gün əvvəl
V

Korporativ Kommunikasiyalar üzrə Mütəxəssis (Qrafik Motion Dizayner)

Veysəloğlu Şirkətlər QrupuBakı

🚀 Delivery Communication
Tam ştat 4· 8 gün əvvəl
← Geri qayıt
Kapital Bank

Kapital Bank 1 baxış

Daxili kommunikasiya üzrə təcrübəçi

LokasiyaBakı
İş növüTəcrübə proqramı
İş formatıHibrid
SəviyyəTəcrübəsiz
Əmək haqqıQeyd edilməyib
Son tarix02.10.2026
KateqoriyaSatış və Marketinq

Təsvir

Daxili kommunikasiya sahəsində inkişaf etmək etməyən namizədlər üçün təcrübə imkanı təklif edilir.

Marketinq, PR, kommunikasiya və digər uyğun humanitar istiqamətlər üzrə bakalavr pilləsinin 3-cü və ya 4-cü kursunda təhsil almaq;

Azərbaycan və ingilis dillərində səlis, qrammatik cəhətdən düzgün yazı və şifahi ünsiyyət bacarığı;

Mətnlərin hazırlanması, redaktəsi və kontent yaradılmasına maraq;

Yerli və beynəlxalq layihə və tədbirlərdə təşkilatçılıq təcrübəsi üstünlükdür;

MS Office proqramlarında işləmək bacarığı;

Kreativ və təşəbbüskar yanaşma;

Detallara diqqət, məsuliyyətlilik və işləri düzgün prioritetləşdirmək bacarığı;

Komandada işləmək, effektiv ünsiyyət qurmaq və öyrənməyə açıq olmaq.

Müştəriyönümlülük: Müştərilərimizə dəyər verir, onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqətlə yanaşırıq.

Multikultural iş mühiti: Xarici həmkarlarımızın fikir və təcrübələrini yüksək qiymətləndiririk. Açıq ünsiyyətə, inklüzivliyə və fərqli baxışların ifadə olunmasına inanırıq.

Əmək haqqı və bonus

İnkişaf imkanları: Əməkdaşlarımızın peşəkar inkişafına investisiya qoyur, aydın karyera imkanları, fərdi inkişaf planları, geniş çeşiddə onlayn kurslar və təlim proqramları təqdim edirik.

Çevik iş formatı: Distant və ofisdən işin rahat şəkildə birləşdirildiyi çevik iş formatı təklif edirik.

Rahat və cəlbedici ofis: Xoş və motivasiyaedici iş mühiti yaradan rahat və müasir ofis şəraiti təmin edirik.

Sərbəst geyim qaydası: Rahat geyinin və öz üslubunuzu sərbəst ifadə edin.

Daxili kommunikasiya kanalları üçün xəbər, elan, e-mail və digər məlumatlandırıcı məzmunların hazırlanmasına dəstək göstərir.

Hazırlanmış mətnlərin və vizual materialların korporativ üsluba uyğunluğunu yoxlayır.

Daxili kommunikasiya materiallarının intranet, e-mail, MS Teams, ofis ekranları və digər kanallarda yerləşdirilməsinə dəstək verir.

Struktur bölmələrindən daxil olan məlumat və materialların toplanmasında, sistemləşdirilməsində və dəqiqləşdirilməsində iştirak edir.

Tədbirlər, kampaniyalar və əməkdaşların cəlb olunmasına yönəlmiş layihələrin kommunikasiya proseslərinə dəstək göstərir.

Daxili tədbirlər zamanı təşkilati işlərdə, qeydiyyat və iştirakçı koordinasiyasında iştirak edir.

Foto və video çəkilişlərin təşkili, materialların toplanması və arxivləşdirilməsinə kömək edir.

Daxili kommunikasiya kanallarında yayımlanan məzmun üzrə baxış, iştirak və digər göstəricilərin toplanmasına dəstək verir.

Əməkdaşların rəy və təkliflərinin toplanması üçün sorğuların hazırlanması və nəticələrin sistemləşdirilməsində iştirak edir.

Kommunikasiya təqviminin, müraciətlərin və layihələr üzrə statusların yenilənməsinə kömək edir.

Daxili kommunikasiya sahəsində trendləri və uğurlu təcrübələri araşdıraraq təkliflər hazırlayır.

Funksiyanın fəaliyyəti ilə bağlı sənədlərin, hesabatların və təqdimatların hazırlanmasına dəstək göstərir. Korporativ məlumatların məxfiliyini və daxili kommunikasiya qaydalarını qoruyur.

Funksiya rəhbəri tərəfindən verilən digər əlaqəli tapşırıqları yerinə yetirir.

Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.

Rəsmi müraciət səhifəsi

Kapital Bank bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.

Kapital Bank saytında müraciət et