Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı eksperti
Bank of Baku • Bakı
🚀 Delivery✨ Communication

Xəzinə bölməsi üzrə kiçik mütəxəssis xəzinədar-əməliyyatçı- Sabirabad
ABB • Bakı
🚀 Delivery✨ Communication

Kapital Bank • 0 baxış
Hesablaşmalar üzrə mütəxəssis
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix17.09.2026
KateqoriyaMaliyyə və Mühasibat
Təsvir
- Bank və partnyor əməliyyatlarının üzləşdirilməsi, klirinq və hesablaşma proseslərinin düzgün icrasını təmin edəcək Hesablaşmalar üzrə mütəxəssis axtarırıq.
- Tələblər:Ali təhsil;
- Hesablaşmalar, klirinq, bank əməliyyatları, maliyyə və ya əlaqəli sahədə minimum 1 il iş təcrübəsi;
- Bank və ya maliyyə sektorunda iş təcrübəsi;
- Mühasibat uçotu və uçot sistemləri üzrə biliklər;
- Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
- SQL bilikləri və məlumat bazaları ilə işləmək təcrübəsi (Python bilikləri üstünlükdür);
- Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini işgüzar səviyyədə bilmək;
- Güclü analitik düşüncə və hesabatların hazırlanması bacarığı;
- Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq normativ-hüquqi aktları və requlyativ tələbləri üzrə biliklər;
- ACCA və/və ya Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür;
- Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət;
- Sistemli yanaşma, problem həll etmə və komanda ilə effektiv işləmək bacarığı.
- Nə təklif edirik:İnkişaf imkanları;
Əmək haqqı və bonus
- Yüksək təminatlı sığorta;
- Dəstəkləyici mühit;
- Korporativ endirimlər;
- Korporativ tədbirlər;
- Əlavə məzuniyyət;
- Güzəştli təhsil və işçi krediti.
- Vəzifə öhdəlikləri:Müvafiq müxabirləşmələrin uçot və bank sistemlərində qeydiyyatını aparmaq, yeni layihələr üzrə müxabirləşmə qaydalarının müəyyən edilməsi və qurulmasında iştirak etmək;
- Bank hesabları üzrə gündəlik avtomatik silinmə və mədaxil əməliyyatlarını verilənlər bazasındakı məlumatlarla müqayisə etmək, fərqləri müəyyənləşdirmək və zəruri düzəlişlərin aparılmasını təmin etmək;
- Nəzarətində olan partnyorlarla bağlanmış müqavilələrə və daxili sənədlərə uyğun olaraq üzləşmə proseslərini tam və düzgün şəkildə həyata keçirmək;
- Əməliyyatların verilənlər bazasında və bank çıxarışlarında düzgün əks olunmasını təmin etmək məqsədilə mövcud və yeni partnyorlar, banklar və daxili struktur bölmələrlə əməkdaşlıq etmək;
- Acquirer banklar və Kapital Bank tərəfindən QR ödənişləri üzrə daxil olan sorğuları cavablandırmaq və müvafiq əməliyyatların düzgünlüyünü yoxlamaq;
- Xarici banklar və partnyorlarla aparılan əməliyyatları gündəlik yoxlamaq, uyğunsuzluqları araşdırmaq və müvafiq düzəlişlərin həyata keçirilməsini təmin etmək;
- Partnyorlara müvafiq reyestrlərin göndərilməsini və onlardan reyestrlərin vaxtında qəbul edilməsini təmin və nəzarət etmək;
- Görülmüş işlər və həyata keçirilmiş əməliyyatlar üzrə birbaşa rəhbərə mütəmadi hesabatlar təqdim etmək;
- Fəaliyyəti müvafiq qanunvericilik, daxili normativ sənədlər və müəyyən edilmiş prosedur və qaydalara uyğun həyata keçirmək.
Rəsmi müraciət səhifəsi
Kapital Bank bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.
