Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kapital Bank • 0 baxış
Kiçik və Orta Sahibkarlarla İş Departamentinin Alternativ Satış Kanalları Şöbəsinin Mütəxəssisi
Təsvir
Birbankda müştəri portfelini effektiv idarə edəcək, yeni KOS müştərilərini banka cəlb edəcək və onların maliyyə ehtiyaclarına uyğun bank məhsulları təklif edəcək namizəd axtarırıq.
Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya digər əlaqəli istiqamətlər üzrə ali təhsil;
KOS kreditlər üzrə bank təcrübəsi;
Güclü satış və müştəri cəlbetmə bacarığı;
Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
Yüksək məsuliyyət və iş intizamı.
- İnkişaf imkanları
Əmək haqqı və bonus
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Portfelində olan müştərilərlə uzunmüddətli və effektiv əlaqələri idarə etmək, onların ehtiyaclarını müəyyənləşdirərək maliyyə məsləhətləri vermək;
Müştərilərdən bank məhsulları üzrə sifarişləri qəbul etmək və müvafiq prosesləri koordinasiya etmək;
Müəyyən edilmiş illik dövriyyə həcminə uyğun yeni müştəriləri banka cəlb etmək;
Müştəri portfelinin inkişafı və bank məhsullarının satışının artırılması istiqamətində fəaliyyət göstərmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Rəsmi müraciət səhifəsi
Kapital Bank bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.

