Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
A
Qeydiyyat və proseslərin idarə edilməsi üzrə kiçik mütəxəssis / mütəxəssis
ABB • Bakı
🚀 Delivery✨ Communication

Risk hadisələrinin idarə edilməsi şöbəsinin Aparıcı Mütəxəssisi
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication
K
Kapital Bank • 1 baxış
Maliyyə Menecmenti Departamentinin Aktiv və Passivlərin İdarə Edilməsi Şöbəsinin Mütəxəssisi
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
SəviyyəMiddle
Əmək haqqıQeyd edilməyib
Son tarix19.08.2026
KateqoriyaMaliyyə və Mühasibat
Təsvir
- Birbankın Maliyyə menecmenti departamentinin Aktiv və passivlərin idarə edilməsi şöbəsinin mütəxəssisi rolunda bankın likvidlik vəziyyətini, aktiv-passiv strukturunu və maliyyə risklərini analitik yanaşma və statistik modellər əsasında effektiv şəkildə idarə edə bilən peşəkar axtarırıq.
- Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Likvidlik idarəetməsi, balans strukturu və faiz riskləri üzrə anlayış;
- Bank və ya maliyyə sektorunda aktiv və passivlərin idarə edilməsi, risk analitikası və ya maliyyə təhlili sahəsində minimum 1 il iş təcrübəsi;
- Excel (yüksək səviyyə), SQL və ya digər data analiz alətləri üzrə biliklər;
- CFA (Chartered Financial Analyst) və ya ekvivalent beynəlxalq maliyyə sertifikatlarının (FRM və s.) mövcudluğu üstünlükdür;
- Statistik və maliyyə modelləşdirmə bacarığı;
- Bank daxili hesabat sistemləri və BI alətləri ilə işləmə təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan dili və ingilis dili bilikləri;
- Güclü analitik düşünmə və riyazi/statistik təhlil bacarığı;
- Riskləri qiymətləndirmə və nəticələr əsasında tövsiyə vermə qabiliyyəti;
- Detallara diqqət və yüksək dəqiqliklə işləmə bacarığı;
- Prioritetləri düzgün müəyyən etmə və vaxtı effektiv idarə etmə bacarığı;
- Komanda ilə işləmə və kommunikasiya bacarığı;
- Yüksək məsuliyyətlilik və təşəbbüskarlıq;
- İnkişaf imkanları
Əmək haqqı və bonus
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
- Riyazi və statistik metodlardan istifadə etməklə APİE üzrə hesabatların hazırlanması, məlumatların analizi və nəticələrin interpretasiyasının aparılması;
- Bankın aktiv və öhdəliklərinin strukturunun təhlili, likvidlik riskinin qiymətləndirilməsi və pul axınlarının mütəmadi izlənməsi;
- Likvidlik göstəricilərinin və normativ tələblərə uyğunluğun dövri olaraq monitorinqi və nəticələr barədə rəhbərliyə hesabat verilməsi;
- Aktiv və passivlərin idarə edilməsi üzrə strategiyaların icrasında iştirak və təkmilləşdirilməsi üçün analitik dəstəyin göstərilməsi;
- APİK-ə təqdim edilən dövri və ad-hoc hesabatların, təqdimat materiallarının hazırlanması və keyfiyyətinə nəzarət edilməsi;
- Bankın balans idarəetməsi, faiz riskləri və likvidlik mövqeyi ilə bağlı təhlillərin aparılması və tövsiyələrin hazırlanması.
- Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Müraciət göndər
CV-nizi PDF formatında əlavə edin. Sistem uyğunluq siqnallarını analiz edib müraciəti işəgötürənə yönləndirəcək.


