Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kredit risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
ABB • Bakı
🚀 Delivery✨ Communication

Kapital Bank • 0 baxış
Monitorinq şöbəsi üzrə Aparıcı mütəxəssis
LokasiyaBakı
İş növüQeyd edilməyib
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix06.10.2026
KateqoriyaMaliyyə və Mühasibat
Təsvir
Dələduzluq hallarının aşkarlanması və araşdırılması, fraud sxemlərinin təhlili, antifraud qayda və ssenarilərinin təkmilləşdirilməsi istiqamətində çalışacaq Monitorinq şöbəsi üzrə Aparıcı mütəxəssis axtarırıq.
- Antifraud, maliyyə monitorinqi, kart biznesi, fraud araşdırmaları və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Ali təhsil;
- 24/7 monitorinq prosesini təmin edən növbəli iş rejimində işləmək imkanı;
- Dələduzluq hallarının və sxemlərinin müstəqil araşdırılması üzrə praktiki təcrübə;
- Antifraud qayda və ssenarilərinin hazırlanması və ya təkmilləşdirilməsi təcrübəsi;
- Visa və Mastercard kart əməliyyatlarının iş prinsipləri üzrə biliklər;
- Mobil və internet bankçılıq xidmətlərinin iş prinsipləri üzrə biliklər;
- Bank və rəqəmsal ödənişlər sahəsində əsas dələduzluq sxemləri üzrə biliklər;
- Güclü analitik düşüncə, məlumatların təhlili və araşdırma bacarıqları;
- Azərbaycan və ingilis dillərini sərbəst bilmək, rus dili biliyi üstünlükdür;
- SQL üzrə biliklər arzuolunandır.
Əmək haqqı və bonus
- Yüksək təminatlı sığorta;
- Dəstəkləyici mühit;
- Korporativ endirimlər;
- Korporativ tədbirlər;
- Əlavə məzuniyyət;
- Güzəştli təhsil və işçi krediti.
- Kart və qeyri-kart əməliyyatlarının antifraud sistemləri vasitəsilə monitorinqinin aparılması;
- Şübhəli əməliyyatların, fraud hallarının və təhlükəsizlik insidentlərinin müstəqil şəkildə araşdırılması;
- Dələduzluq sxemlərinin, əlaqəli əməliyyatların və yaranma səbəblərinin müəyyən edilməsi;
- Antifraud sistemlərindən və digər mənbələrdən daxil olan alert-lərin təhlili və araşdırılması;
- Real vaxt rejimində dələduzluq əlamətlərinin aşkarlanması və müvafiq tədbirlərin görülməsi;
- Əməliyyatların bloklanması, məhdudlaşdırılması və ya əlavə yoxlamaya yönləndirilməsi ilə bağlı qərarların qəbul edilməsi;
- Aşkarlanmış fraud halları və tendensiyalar əsasında antifraud qayda və ssenarilərinin hazırlanması və təkmilləşdirilməsi;
- Fraud risklərinin və yeni dələduzluq sxemlərinin təhlili, onların qarşısının alınması üçün təkliflərin hazırlanması;
- Antifraud proseslərinin effektivliyinin artırılması üzrə təkmilləşdirmə təşəbbüslərində iştirak.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Rəsmi müraciət səhifəsi
Kapital Bank bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.


