Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kredit risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
ABB • Bakı

Kapital Bank • 0 baxış
Xaçmaz Filialının Mikro Kreditlər Bölməsinin Kiçik Mütəxəssisi/Mütəxəssisi
Təsvir
Birbankın Xaçmaz filialında Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.
- Ali təhsil
- Sahə üzrə ən az 1 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan dili biliyi
- Riyazi hesablama və analitik düşüncə qabiliyyəti
- Satış bacarığı
- Yüksək səviyyədə ünsiyyət bacarıqları
- Məsuliyyətlilik
- Diqqətlilik
- İnkişaf imkanları
Əmək haqqı və bonus
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
· Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
· Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
· Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
· Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
· Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
· Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
· İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
· Görülmüş işlər üzrə hesabatlar verir.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Rəsmi müraciət səhifəsi
Kapital Bank bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.


