Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kredit risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
ABB • Bakı
🚀 Delivery✨ Communication

Kollekta MMC • 2 baxış
İcra Departamentinin Rəhbəri
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə5+ il
Əmək haqqı1500 AZN
Son tarix02.10.2026
KateqoriyaMaliyyə və Mühasibat
Təsvir
DİQQƏT!!! #işvar
Vəzifə: İcra Departamentinin Rəhbəri
Şirkət: Kollekta MMC
Kateqoriya: Maliyyə
İş qrafiki: Həftədə 5 gün, Bazar ertəsi–Cümə, 10:00–19:00
Vəzifə öhdəlikləri
- Problemli kredit portfelinin icra mərhələsinə ümumi rəhbərliyi həyata keçirmək, departamentin fəaliyyətini planlaşdırmaq, təşkil etmək və nəzarətdə saxlamaq
- İcra məmurları, məhkəmələr, dövlət qurumları və digər aidiyyəti təşkilatlarla effektiv əməkdaşlığı təşkil etmək
- İcra proseslərinin operativ və qanunvericiliyə uyğun aparılmasını təmin etmək
- İcra sənədlərinin icra vəziyyətinə gündəlik nəzarət etmək, gecikmələrin səbəblərini təhlil etmək və nəticəyönümlü tədbirlər həyata keçirmək
- Borcluların əmlak və gəlirlərinin müəyyən olunması, üzərinə tutmanın yönəldilməsi və digər icra tədbirlərinin effektiv həyata keçirilməsinə nəzarət etmək
- Departament əməkdaşlarının fəaliyyətini idarə etmək, KPI-lərin icrasını izləmək, əməkdaşların inkişafını və motivasiyasını təmin etmək
- Problemli kreditlərin geri qaytarılması üzrə strategiyaların hazırlanması və tətbiqində iştirak etmək
Tələblər
- Hüquq, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsilə malik olmaq
- Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5–7 il iş təcrübəsinə malik olmaq
- Rəhbər vəzifədə minimum 3 il iş təcrübəsinə malik olmaq
- “İcra haqqında” Qanun, Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklərə malik olmaq
- Analitik düşünmə, komandanı idarəetmə və qərarvermə bacarıqlarına malik olmaq
- Sürücülük vəsiqəsinin olması üstünlükdür
- Müraciət qaydası: Namizədlər CV-lərini mövzu hissəsində “İcra departamentinin rəhbəri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: hr@kollekta.az
Müraciət tarixi: 28.09.2026
Necə müraciət etmək olar
Kollekta MMC hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:


