Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı eksperti
Bank of Baku • Bakı
🚀 Delivery✨ Communication

Xəzinə bölməsi üzrə kiçik mütəxəssis xəzinədar-əməliyyatçı- Sabirabad
ABB • Bakı
🚀 Delivery✨ Communication
M
MER Group • 3 baxış
Baş Mühasib
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə5+ il
Əmək haqqıQeyd edilməyib
Son tarix10.09.2026
KateqoriyaMaliyyə və Mühasibat
Təsvir
- DİQQƏT!!! #işvar
- Vəzifə: Baş Mühasib
- Şirkət: MER Group
- Kateqoriya: Mühasibatlıq
- İş yeri: Bakı, Həsən Seyidbəyli küçəsi
- İş qrafiki: 5 günlük, 09:00–18:00
Əmək haqqı və bonus
- Vergi öhdəliklərinin düzgün hesablanmasına və vaxtında ödənilməsinə nəzarət etmək
- Elektron qaimə-fakturaların və digər elektron sənədlərin düzgün tərtib edilməsini təmin etmək
- Aylıq, rüblük və illik maliyyə nəticələrini təhlil edərək rəhbərliyə hesabat təqdim etmək
- Büdcənin hazırlanmasında iştirak etmək və icrasına nəzarət etmək
- Xərclərin optimallaşdırılması üzrə təkliflər hazırlamaq
- Daxili nəzarət mexanizmlərini tətbiq etmək və maliyyə risklərini qiymətləndirmək
- Vergi və digər dövlət qurumlarının yoxlamaları zamanı müəssisəni təmsil etmək
Vəzifə öhdəlikləri
- Müəssisənin mühasibat uçotunu qanunvericiliyin tələblərinə uyğun şəkildə idarə etmək
- Maliyyə, vergi və statistik hesabatların vaxtında və düzgün hazırlanmasını və təqdim edilməsini təmin etmək
- Nağd və nağdsız ödənişlərin düzgün uçotuna nəzarət etmək
- Bank hesabları üzrə əməliyyatların uçotunu aparmaq və üzləşdirmələri həyata keçirmək
- Debitor və kreditor borclarına nəzarət etmək
- Food Cost və Beverage Cost göstəricilərinin hesablanmasına nəzarət etmək
- Məhsul itkiləri, silinmələr və tullantılar üzrə sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
- 1C 8.3 proqramında yüksək səviyyədə işləmək bacarığı
- Peşəkar Mühasib Sertifikatının (PMS) olması mütləqdir
- Müvafiq sahədə, xüsusilə satış və restoran sektorunda minimum 3 il iş təcrübəsi
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə dərin biliklərə sahib olmaq
- Elektron dövlət portalları ilə işləmək bacarığı
- Güclü analitik düşünmə, maliyyə təhlili və riyazi hesablama bacarıqları
- Balansın tərtib edilməsi və maliyyə hesabatlarının hazırlanması üzrə biliklər
- Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: hr@mergroup.az
- Müraciət tarixi: 06.09.2026
Necə müraciət etmək olar
MER Group hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:
