Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kredit risklərinin qiymətləndirilməsi bölməsinin aparıcı eksperti
Bank of Baku • Bakı
🚀 Delivery✨ Communication

Xəzinə bölməsi üzrə kiçik mütəxəssis xəzinədar-əməliyyatçı- Sabirabad
ABB • Bakı
🚀 Delivery✨ Communication
M
Modern Engineering Bureau of Azerbaijan • 3 baxış
Tender üzrə mütəxəssis
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix10.09.2026
KateqoriyaMaliyyə və Mühasibat
Təsvir
- DİQQƏT!!! #işvar
- Vəzifə: Tender üzrə mütəxəssis
- Şirkət: Modern Engineering Bureau of Azerbaijan
- Kateqoriya: Satınalma və Tender
- İş qrafiki: 5 günlük iş həftəsi (09:30–18:30)
Vəzifə öhdəlikləri
- Tender proseslərini qanunvericiliyə və daxili prosedurlara uyğun təşkil etmək və icrasını təmin etmək
- Tender sənədlərinin tamlığını, düzgünlüyünü və arxivləşdirilməsini təmin etmək
- Tender təkliflərinin texniki və maliyyə qiymətləndirilməsində iştirak etmək
- Tender komissiyası ilə birgə qərarların və protokolların hazırlanmasında iştirak etmək
- Müqavilə şərtlərinin hazırlanmasına dəstək göstərmək və satınalma prosesinin sonrakı mərhələlərini izləmək
- Təchizatçılar və podratçılarla effektiv əməkdaşlıq qurmaq
- Dövlət və özəl satınalma platformalarında tender elanlarını izləmək və təhlil etmək
- Tender sənədlərinin hazırlanmasını, toplanmasını və vaxtında təqdim edilməsini təmin etmək
- Elektron tender platformalarında sənədləri yerləşdirmək və idarə etmək
- Tender hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək
- Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və proseslərə tətbiq etmək
- Tender risklərinin müəyyən edilməsi və azaldılması üzrə təkliflər hazırlamaq
- Audit və yoxlamalar zamanı tələb olunan sənədləri təqdim etmək
- Bağlanılmış müqavilələrin icrasını izləmək və hesabatlar hazırlamaq
- Rəhbərlik tərəfindən verilən digər xidməti tapşırıqları yerinə yetirmək
Tələblər
- Ali təhsilli olmaq
- Tender sahəsində minimum 5 il iş təcrübəsinə malik olmaq
- Dövlət satınalmaları və tender prosedurları üzrə biliklərə sahib olmaq
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yaxşı səviyyədə bilmək
- Elektron satınalma sistemləri (e-gov, ASAN Procurement və s.) ilə işləmək təcrübəsinə malik olmaq
- Analitik düşünmə, sənədlərlə işləmək və yazılı ünsiyyət bacarığına sahib olmaq
- Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür
- Məsuliyyətli, operativ və komandada işləmək bacarığına malik olmaq
- Müraciət qaydası: CV-nizi “Tender üzrə mütəxəssis” başlığı ilə göndərin.
- CV göndər: info@meba.az
- Müraciət tarixi: 13.08.2026
Necə müraciət etmək olar
Modern Engineering Bureau of Azerbaijan hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:
