Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
N
Neon • 0 baxış
SMM & Sales Manager
LokasiyaUzaqdan (Remote)
İş növüYarım ştat
İş formatıUzaqdan
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix23.09.2026
KateqoriyaSatış və Marketinq
Vəzifələr
- Potensial müştərilər tapmaq və onlarla əlaqə qurmaq
- Xidmətlərimiz haqqında məlumat vermək və gələn mesajları cavablandırmaq
- Ay ərzində təxminən 10–13 post hazırlamaq və paylaşmaq
- Instagram səhifəsini aktiv saxlamaq
- Müştəri cəlb etmək və səhifəni inkişaf etdirmək üçün yeni ideyalar təklif etmək
- Bizim üçün təşəbbüskar olmaq vacibdir. Müştəri cəlb etmək üçün reklam, yeni kontent formatı və ya başqa bir ideyanız varsa, təklif edə bilərsiniz. Nəticə verən ideyalara əlavə büdcə ayırmağa hazırıq. İş üçün ehtiyac olarsa, ödənişli ChatGPT hesabı da təqdim edirik.
- Ödəniş: 100 AZN aylıq ödəniş + gətirdiyiniz hər ödənişli sifarişdən əlavə 20% bonus. Məsələn, gətirdiyiniz müştəri 1 500 AZN-lik sayt sifariş edərsə, 300 AZN bonus qazanırsınız. Bu bonus aylıq 100 AZN ödənişə əlavə olunur. Yəni qazancınız gətirdiyiniz sifarişlərin sayından və məbləğindən asılıdır.
- Yaxşı nəticə göstərdiyiniz halda gələcəkdə full-time olaraq komandamıza qoşulmaq və daimi maaşla işləmək imkanı da olacaq.
- Tələblər: SMM və satış təcrübəsi üstünlükdür, amma bizim üçün əsas olan müştəri tapmaq bacarığı, aktivlik və nəticə göstərmək istəyidir.
Necə müraciət etmək olar
Neon hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:


