Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
P
Portal Games • 0 baxış
SƏTƏM üzrə mütəxəssis
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
SəviyyəMiddle
Əmək haqqı500-700 AZN
Son tarix25.08.2026
KateqoriyaSatış və Marketinq
Vəzifə öhdəliklər
- İşçilərin sağlamlığının, əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi sahəsində şirkət siyasətinin icrasını təmin etmək;
- İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına və mövcud tələblərə riayət olunmasına nəzarət etmək;
- Risk qiymətləndirilməsi aparmaq, potensial təhlükələri müəyyən etmək və onların aradan qaldırılması üzrə tədbirlər hazırlamaq;
- İşçilər üçün ilkin, təkrar və dövri SƏTƏM təlimatlandırmalarını təşkil etmək və keçirmək;
- İstehsalat qəzaları, insidentlər və təhlükəli hallar üzrə araşdırmalar aparmaq, hesabatlar hazırlamaq və profilaktik tədbirlər həyata keçirmək;
- Fərdi mühafizə vasitələrinin düzgün istifadəsinə nəzarət etmək;
- SƏTƏM üzrə sənədləşməni və hesabatları hazırlamaq, normativ tələblərə uyğun uçotu aparmaq;
- Dövlət qurumları və nəzarət orqanları ilə SƏTƏM sahəsində əməkdaşlıq etmək.
Tələblər
- Müvafiq sahə üzrə ali təhsil;
- SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik üzrə qanunvericiliyini bilmək;
- ISO 45001 və ISO 14001 standartları üzrə bilik və ya müvafiq sertifikatın olması üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşüncə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
- İş qrafiki: 5 gün
- İş saatı: 10:00-18:00
Müraciət göndər
CV-nizi PDF formatında əlavə edin. Sistem uyğunluq siqnallarını analiz edib müraciəti işəgötürənə yönləndirəcək.


