Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
R
Real İnşaat MMC • 4 baxış
Xərclərə Nəzarətçi
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix10.09.2026
KateqoriyaMühəndislik və Tikinti
Təsvir
- DİQQƏT!!! #işvar
- Vəzifə: Xərclərə Nəzarətçi
- Şirkət: Real İnşaat MMC
- Kateqoriya: Maliyyə
- İş yeri: Bakı, Svetlana Məmmədova küç. 203C
- İş qrafiki:Tam
Vəzifə öhdəlikləri
- Tikinti layihələrinin ilkin büdcəsinin hazırlanmasında və təhlilində iştirak etmək
- Faktiki xərclərin planlaşdırılmış layihə büdcəsinə uyğunluğuna gündəlik nəzarət etmək
- Material, avadanlıq, işçilik və podratçı xərclərində yaranan kənarlaşmaları aşkar etmək və təhlil etmək
- Tikinti sahəsində resursların səmərəli istifadəsini monitorinq etmək
- Qiymət təkliflərinin, smetaların və kommersiya şərtlərinin layihə büdcəsinə uyğunluğunu yoxlamaq
- Həftəlik və aylıq xərc hesabatlarını (Cost Report) və pul axını (Cash Flow) proqnozlarını hazırlamaq
- Xərclərin optimallaşdırılması və risklərin azaldılması ilə bağlı rəhbərliyə təkliflər vermək
- Satınalma və mühasibatlıq şöbələri ilə əməkdaşlıq edərək faktura və ödənişlərin büdcəyə uyğunluğunu təsdiqləmək
Tələblər
- Maliyyə, İqtisadiyyat, İnşaat mühəndisliyi və ya Tikintinin idarə olunması sahəsində ali təhsil
- Tikinti sahəsində xərclərə nəzarət (Cost Control), smeta və ya maliyyə təhlili üzrə minimum 5 il iş təcrübəsi
- MS Excel proqramını mürəkkəb düsturlar, Pivot Table və maliyyə modelləşdirməsi səviyyəsində bilmək
- 1C, MS Project və ya Primavera P6 proqramları üzrə biliklərə sahib olmaq arzuolunandır
- Tikinti prosesləri, tikinti materialları və smeta işinin əsaslarını bilmək
- Yüksək analitik təfəkkürə, detallara diqqətə və məsuliyyətlilik hissinə malik olmaq
- Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: realinshaat.mmc@mail.ru
- Əlaqə: +994512059867
- Müraciət tarixi: 06.09.2026
Necə müraciət etmək olar
Real İnşaat MMC hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin: