Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin hüquqşünası
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication

Komplayens departamentinin Komplayens risklərinin idarə edilməsi və monitorinq şöbəsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication
V
Vindex Legal MMC • 3 baxış
Problemli kreditlər üzrə mütəxəssis
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
SəviyyəMiddle
Əmək haqqıQeyd edilməyib
Son tarix11.08.2026
KateqoriyaHüquq
Əsas Vəzifə Öhdəlikləri
- Gecikmədə olan kredit portfelinin mütəmadi təhlil edilməsi və borcluların müəyyən olunması;
- Borclular və zaminlərlə telefon zəngləri, rəsmi məktublar və ya fərdi (üzbəüz) görüşlər vasitəsilə əlaqə saxlanılması;
- Kredit borclarının gecikmə səbəblərinin araşdırılması, problemin qanunvericilik çərçivəsində aradan qaldırılması üçün optimal həll yollarının (məsələn, restrukturizasiya) təklif edilməsi;
- Borcların məhkəməyə qədərki həlli mərhələsinin idarə olunması, müştərilərlə ödəniş qrafiklərinin razılaşdırılması;
- Borcun geri qaytarılması prosesində daxili korporativ qaydalara, etika normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət edilməsi;
- Görülmüş işlər, əlaqə saxlanılmış müştərilər və yığılmış vəsaitlər barədə rəhbərliyə dövri hesabatların təqdim olunması.
Namizədə dair Tələblər
- Yaş həddi 21-45
- Ali təhsil arzuolunandır: (İqtisadiyyat, Maliyyə, Hüquq və ya Biznesin idarə edilməsi sahələri üzrə );
- İş təcrübəsi: Bank, mikromaliyyə və ya boking sektorunda problemli kreditlərin idarə edilməsi/yığılması sahəsində minimum 1 il təcrübə
- Kommunikasiya bacarığı: Yüksək ünsiyyət, inandırma və gərgin danışıqlar aparmaq qabiliyyəti;
- Stressə davamlılıq: Konfliktli vəziyyətləri idarəetmə və gərgin iş qrafikində nəticəyə yönəlik işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilində səlis və aydın danışıq bacarığı
- Kompüter bilikləri: MS Office proqramları (xüsusilə MS Excel) ilə işləmək bacarığı;
İş Şəraiti və Təminatlar
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmə;
- Net 450 AZN + yığılan problemli portfelə uyğun yüksək BONUS sistemi;
- İş qrafiki: 5 günlük iş həftəsi
- Korporativ mobil nömrə və limitsiz danışıq balansı;
- peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
- Yerləşmə: Bakı şəhəri, Nərimanov ray., Ə.Rəcəbli küç
- Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
- Qeyd: Məktubun mövzu (subject) hissəsində mütləq "Problemli Kreditlər üzrə Mütəxəssis" qeyd olunmalıdır. Əks halda müraciətlərə baxılmaya bilər.
- Əlaqə: 0992005517
Müraciət göndər
CV-nizi PDF formatında əlavə edin. Sistem uyğunluq siqnallarını analiz edib müraciəti işəgötürənə yönləndirəcək.