Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Birbank Branch Talent Program - Filialın gələcək peşəkarları üçün inkişaf proqramı
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication
X
Xalq Sığorta • 1 baxış
Risklərin idarə edilməsi üzrə təcrübəçi
LokasiyaBakı
İş növüTəcrübə proqramı
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix10.09.2026
Kateqoriyaİnsan Resursları
Təsvir
- DİQQƏT!!! #işvar
- Vəzifə: Risklərin idarə edilməsi üzrə təcrübəçi
- Şirkət: Xalq Sığorta
- Kateqoriya: Maliyyə
- İş qrafiki: Həftədə 5 iş günü, 09:00–18:00
Vəzifə öhdəlikləri
- Risklərin idarə edilməsi proseslərində komandanın gündəlik fəaliyyətinə dəstək göstərmək
- Hesabatların və təqdimat materiallarının hazırlanmasına kömək etmək
- Risk göstəricilərinin monitorinqində iştirak etmək
- Daxili prosedur və siyasətlərin araşdırılması və yenilənməsi prosesinə dəstək vermək
- Müxtəlif bölmələrdən daxil olan məlumatların emalında iştirak etmək
- Risklərin qiymətləndirilməsi və nəzarət tədbirləri üzrə araşdırmalarda iştirak etmək
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
- Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi, Riyaziyyat, Statistika və ya əlaqəli sahə üzrə ali təhsil
- Azərbaycan dilini səlis, ingilis dilini yaxşı səviyyədə bilmək
- Risklərin idarə edilməsi sahəsində 0–1 il iş təcrübəsi
- Sığorta və ya digər maliyyə təşkilatlarında təcrübə üstünlükdür
- MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
- Risklərin idarə edilməsi, maliyyə analizi və ya sığorta sahəsində təlimlər üstünlükdür
- Yaxşı ünsiyyət bacarığına, öyrənməyə həvəsə və inkişaf yönümlü yanaşmaya malik olmaq
Müraciət qaydası
- Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Risklərin idarə edilməsi üzrə təcrübəçi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: hr@xalqsigorta.az
- Müraciət tarixi: 30.07.2026
Necə müraciət etmək olar
Xalq Sığorta hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:

