Jobs — Job Listings 2026 | Baku, Azerbaijan
«Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası» İctimai Birliyi • 2 views
Katib/Referent
Description
Vəzifə - İCRAÇI KATİB
MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6
Vəzifənin məqsədi: Birliyin gündəlik inzibati fəaliyyətini təşkil etmək, üzvlərlə və xarici tərəfdaşlarla əlaqələri koordinasiya etmək, sədrin və İdarə Heyətinin qərarlarının icrasını təmin etmək.
Öhdəliklər
Üzv reyestrinin aparılması və aktual saxlanması; üzvlük ərizələrinin qəbulu və İdarə Heyətinə təqdim edilməsi; üzvlük haqlarının ödənilməsinə nəzarət, borclar barədə xatırlatmaların göndərilməsi; yeni üzvlərin cəlb edilməsi kampaniyalarının icrası.
Ümumi yığıncaqların və İdarə Heyəti iclaslarının çağırılması üzrə texniki, təşkilati hazırlıq: dəvətlərin göndərilməsi, gündəliyin və materialların paylanması, iclasların protokollaşdırılması, protokolların imzalanmasının və arxivləşdirilməsinin təmin edilməsi; qəbul edilmiş qərarların icrasının izlənməsi.
Daxil olan və göndərilən məktubların qeydiyyatı; dövlət orqanlarına, tərəfdaş təşkilatlara və üzvlərə ünvanlanan rəsmi məktubların layihələrinin hazırlanması və sədrin imzasına təqdim edilməsi; Birliyin sənəd arxivinin aparılması.
Requirements
- Ali təhsil (hüquq, iqtisadiyyat, səhiyyə təşkili və ya inzibati sahə üstünlükdür);
- Azı 2 il inzibati / ofis-menecment təcrübəsi;
- Azərbaycan dilində səlis yazılı ünsiyyət (rus və ingilis dilləri üstünlükdür);
- MS Office proqramları ilə sərbəst işləmə;
- Əczaçılıq və ya səhiyyə sektoru ilə tanışlıq üstünlük sayılır.
MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6
Official application page
«Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası» İctimai Birliyi accepts applications for this role through their own system. Apply there first to make sure your CV reaches them.
