Əsas məzmuna keç

Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Filtrlər

Əmək haqqı (₼)
Filtrləri təmizlə
E

Baş Menecer( Xırdalan filialı)

EDU COMPANY Təhsil ŞirkətiXırdalan

🚀 Delivery Communication
Tam ştat 7· 11 gün əvvəl
F

Ofis Meneceri

Fostanpak MMCBakı

🚀 Delivery Communication
500-550 ₼Tam ştat 10· 26 gün əvvəl
T

Ofis Meneceri

Titan ElectronicsBakı

🚀 Delivery Communication
600 ₼Tam ştat 1· 9 gün əvvəl
M

Ofis Meneceri

Marine Technical SolutionsBakı

🚀 Delivery Communication
Tam ştat 4· 26 gün əvvəl
ABB

Mühafizə və rejim şöbəsinin mütəxəssisi

ABBBakı

🚀 Delivery Communication
Tam ştat 1· 11 gün əvvəl
Kapital Bank

Təhlükəsizlik departamentinin Sətəm Şöbəsinin Aparıcı/Baş Mütəxəssisi

Kapital BankBakı

🚀 Delivery Communication
Tam ştat 2· 4 gün əvvəl
← Geri qayıt
A

«Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası» İctimai Birliyi 2 baxış

Katib/Referent

LokasiyaBakı
İş növüQeyd edilməyib
İş formatıQeyd edilməyib
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix06.10.2026
Kateqoriyaİnzibati İşlər

Təsvir

Vəzifə - İCRAÇI KATİB

MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6

Vəzifənin məqsədi: Birliyin gündəlik inzibati fəaliyyətini təşkil etmək, üzvlərlə və xarici tərəfdaşlarla əlaqələri koordinasiya etmək, sədrin və İdarə Heyətinin qərarlarının icrasını təmin etmək.

Öhdəliklər

Üzv reyestrinin aparılması və aktual saxlanması; üzvlük ərizələrinin qəbulu və İdarə Heyətinə təqdim edilməsi; üzvlük haqlarının ödənilməsinə nəzarət, borclar barədə xatırlatmaların göndərilməsi; yeni üzvlərin cəlb edilməsi kampaniyalarının icrası.

Ümumi yığıncaqların və İdarə Heyəti iclaslarının çağırılması üzrə texniki, təşkilati hazırlıq: dəvətlərin göndərilməsi, gündəliyin və materialların paylanması, iclasların protokollaşdırılması, protokolların imzalanmasının və arxivləşdirilməsinin təmin edilməsi; qəbul edilmiş qərarların icrasının izlənməsi.

Daxil olan və göndərilən məktubların qeydiyyatı; dövlət orqanlarına, tərəfdaş təşkilatlara və üzvlərə ünvanlanan rəsmi məktubların layihələrinin hazırlanması və sədrin imzasına təqdim edilməsi; Birliyin sənəd arxivinin aparılması.

Tələblər

  • Ali təhsil (hüquq, iqtisadiyyat, səhiyyə təşkili və ya inzibati sahə üstünlükdür);
  • Azı 2 il inzibati / ofis-menecment təcrübəsi;
  • Azərbaycan dilində səlis yazılı ünsiyyət (rus və ingilis dilləri üstünlükdür);
  • MS Office proqramları ilə sərbəst işləmə;
  • Əczaçılıq və ya səhiyyə sektoru ilə tanışlıq üstünlük sayılır.

MÜRACİƏT ÜÇÜN - https://forms.gle/FZsdeUnKgmqvkiec6

Rəsmi müraciət səhifəsi

«Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası» İctimai Birliyi bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.

«Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası» İctimai Birliyi saytında müraciət et