Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

ABB • 1 baxış
Mühafizə və rejim şöbəsinin mütəxəssisi
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix20.09.2026
Kateqoriyaİnzibati İşlər
Görəcəyiniz işlər
- Mövcud video müşahidə sistemləri vasitəsi ilə nəzarətin təşkili;
- Bankdaxili təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət;
- Təhlükəsizlik məsələlərinə aid daxil olan sənədlərin qəbul edilməsi, aidiyyəti üzrə bölüşdürülməsi;
- Yanğın mühafizə sistemlərinə nəzarət;
- Nəzarət buraxılış sistemləri ilə işin aparılması;
- Bankın inzibati binasının mühafizəsinin təşkili.
Bizim üçün uyğun namizəd
- Ali və ya orta ixtisas təhsilli;
- Mühafizə sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
- Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
- Boyu – 1.80 sm-dən, çəkisi 75 kq-dan aşağı olmayan;
- Həqiqi hərbi xidməti başa vurmuş;
- Praktiki sağlam və yaxşı fiziki formada olan; (hər hansı bir döyüş idman sənətinin sahibinə üstünlük veriləcəkdir)
- Ünsiyyət bacarığı yüksək səviyyədə olan;
- Detallara diqqət yetirmə bacarığına sahib olan şəxsdir.
Rəsmi müraciət səhifəsi
ABB bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.