Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
H
HERO Projects & Design MMC • 4 baxış
Ofis Meneceri / Direktor Köməkçisi
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix10.09.2026
Kateqoriyaİnzibati İşlər
Təsvir
- DİQQƏT!!! #işvar
- Vəzifə: Ofis Meneceri / Direktor Köməkçisi
- Şirkət: HERO Projects & Design MMC
- Kateqoriya: İnzibati
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
Vəzifə öhdəlikləri
- Direktorun gündəlik iş fəaliyyətini planlaşdırmaq və koordinasiya etmək
- Rəsmi məktubları, e-poçtları və işgüzar yazışmaları hazırlamaq
- Azərbaycan və rus dillərində tərəfdaşlar və müştərilərlə peşəkar ünsiyyət qurmaq
- Görüşləri, onlayn iclasları və digər tədbirləri təşkil etmək və koordinasiya etmək
- Daxil olan sənədlərin qeydiyyatını aparmaq, arxivləşdirmək və nəzarətdə saxlamaq
- Müqavilələrin, təqdimatların və digər inzibati sənədlərin hazırlanmasına dəstək vermək
- Şirkətin gündəlik inzibati işlərini koordinasiya etmək
- Direktor tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək
- Şirkətin rəsmi internet saytı və sosial media hesablarında korporativ paylaşımların hazırlanmasını və paylaşılmasını təşkil etmək
- Şirkətin korporativ imicinin və onlayn kommunikasiya fəaliyyətinin dəstəklənməsini təmin etmək
- Tender sənədlərinin hazırlanması prosesində iştirak etmək
Tələblər
- Ali təhsil üstünlükdür
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazı bacarığı
- İngilis dili biliyi üstünlükdür
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı
- ChatGPT və digər süni intellekt alətlərindən istifadə bacarığı üstünlükdür
- Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
- Məsuliyyətli, operativ, dəqiq və intizamlı olmaq
- Vaxtın düzgün idarə olunması və planlaşdırma bacarığı
- Səliqəli xarici görünüş və peşəkar davranış
- Komandada işləmək və təşəbbüskar olmaq
- Tikinti, layihələndirmə və ya mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür
- Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ofis Meneceri / Direktor Köməkçisi” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
- CV göndər: heroprojectmmc@gmail.com
- Müraciət tarixi: 04.09.2026
Necə müraciət etmək olar
HERO Projects & Design MMC hələ JobLabs-da qeydiyyatdan keçməyib, ona görə müraciətinizi platforma üzərindən göndərə bilmərik. CV-nizi birbaşa aşağıdakı ünvana göndərin:
