Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
ABB • Bakı
🚀 Delivery✨ Communication

Azericard • 4 views
Kiber təhlükəsizlik üzrə administrator
LocationBakı
Job typeTam ştat
Work formatOn-site
Level1-3 il
SalaryNot specified
Deadline9/15/2026
CategoryİT və Proqramlaşdırma
Vəzifə öhdəlikləri
- NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
- İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;
- Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
- İnformasiya təhlükəsizlik siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
- Audit prosesləri çərçivəsi və uyğunluq yoxlamalarında iştirak və texniki dəstək göstərmək;
- Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;
- Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;
- Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;
- SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.
Vəzifəyə olan tələblər
- Ali təhsil;
- Kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
- E-mail security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, SOAR) ilə iş təcrübəsi;
- Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
- Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.
- Güclü analitik düşüncə və insidentlərin səbəbini təyin etmək qabiliyyəti;
- Komanda ilə effektiv işləmək və mürəkkəb vəziyyətlərdə operativ qərar vermə bacarığı;
- Müstəqil işləmək və prirotetlərə uyğun tapşırıqları icra etmə bacarığı.
- Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CCNA Security, PCNSA/PCNSE və s.);
- SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.
Official application page
Azericard accepts applications for this role through their own system. Apply there first to make sure your CV reaches them.
