Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Kredit risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
ABB • Bakı

Maliyyə Menecmenti Departamentinin Strategiya, Büdcə və Analitika Şöbəsinin Mütəxəssisi
Kapital Bank • Bakı

GL ASC • 4 views
Xəzinədar - əməliyyatçı (Xırdalan filialı)
Şirkət haqqında
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 52 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
GL ASC-dən Xırdalan şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir.
Requirements
- Ali təhsil;
- Yaş həddi: 20-35
- Xanım namizəd
- Kassir vəzifəsində minimum iş təcrübəsi 6 ay
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilini bilməsi arzu olunandır;
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmalı;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
- Microsoft Office programları üzrə biliklərə malik olmalı;
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
- Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi
İş barədə
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;
- Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Salary and bonus
- Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Xəzinədar əməliyyatçı (müvafiq filial qeyd etməklə)” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
- Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan bütün əlavə, göndərilən CV-lər məxfi məlumat bazasına daxil edilir.
How to apply
GL ASC hasn't registered on JobLabs yet, so we can't deliver an application through the platform. Send your CV directly to:

