Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
ABB • Bakı
🚀 Delivery✨ Communication

Şəbəkənin idarə edilməsi şöbəsində aparıcı/baş mütəxəssis
Kapital Bank • Bakı
🚀 Delivery✨ Communication

Kapital Bank • 1 views
İT təcrübə proqramı (iOS developer)
LocationBakı
Job typeTəcrübə proqramı
Work formatOn-site
LevelTəcrübəsiz
SalaryNot specified
Deadline9/24/2026
CategoryİT və Proqramlaşdırma
Description
Bir ekosisteminin "Code Camp" layihəsi İT sahəsində karyerasına başlamaq və real iş mühitində təcrübə qazanmaq istəyən gənclər üçün təcrübə proqramıdır. Proqram iştirakçılara fərqli texnoloji istiqamətlər üzrə təcrübəli mütəxəssislərlə birlikdə işləmək, real layihələrdə iştirak etmək və biliklərini praktikada inkişaf etdirmək imkanı yaradır.
Proqram çərçivəsində Android, iOS, Backend, System Development, IT Business Analysis və Quality Assurance (QA) istiqamətləri üzrə təcrübə imkanları təqdim olunur.
Requirements
- Swift proqramlaşdırma dilinin əsaslarını bilmək
- OOP və əsas proqramlaşdırma anlayışlarına sahib olmaq
- Xcode ilə işləmək barədə ilkin təcrübə
- UIKit və ya SwiftUI haqqında əsas biliklər
- Git haqqında ilkin anlayış
- REST API və JSON ilə işləmə barədə ilkin anlayış
- Texniki sənədləri ingilis dilində oxuya bilmək
- Öyrənməyə və yeni texnologiyaları mənimsəməyə həvəsli olmaq
- Problem həlletmə və analitik düşünmə bacarığı
- iOS development sahəsində şəxsi layihələrin olması üstünlükdür
Nə təklif edirik
- Ekosistem səviyyəsində öyrədici imkanlar və inkişaf fürsətləri
- Təcrübəli İT mütəxəssislərindən mentorluq
- Real məhsul və layihələr üzərində iş təcrübəsi
- Milyonlarla müştərinin istifadə etdiyi həllərin inkişafında iştirak
- Dəstəkləyici və açıqfikirli mədəniyyət
- Proqramdan sonra texnologiya və biznesin kəsişməsində karyera imkanı
Vəzifə öhdəlikləri
- iOS tətbiqlərinin hazırlanması və inkişafında komandaya dəstək olmaq
- Mövcud kod bazasında kiçik tapşırıq və düzəlişlər üzərində işləmək
- Swift və iOS texnologiyalarından istifadə edərək yeni funksiyaların hazırlanmasında iştirak etmək
- API inteqrasiyalarının hazırlanmasında iştirak etmək
- Yazılmış kodu test etmək və yaranan problemləri araşdırmaq
- Kod yoxlama (code review) proseslərində iştirak etmək və komanda standartlarına uyğun kod yazmaq
- Təcrübəli proqramçılardan (senior developer) gələn rəy əsasında kodu təkmilləşdirmək
- Yeni texnologiyaları və iOS inkişafının ən yaxşı təcrübələrini öyrənmək
How to apply
Kapital Bank hasn't registered on JobLabs yet, so we can't deliver an application through the platform. Send your CV directly to:

