Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
ABB • Bakı
🚀 Delivery✨ Communication

ABB • 1 baxış
Proqram təminatı aktivlərinin idarə edilməsi üzrə baş mütəxəssis (SAM)
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə3-5 il
Əmək haqqıQeyd edilməyib
Son tarix15.09.2026
KateqoriyaİT və Proqramlaşdırma
Görəcəyiniz işlər
- Bank üzrə Software Asset Management (SAM) prosesinin tətbiqi, idarə olunması və davamlı təkmilləşdirilməsini təmin etmək;
- SAM siyasəti, standartları, prosedurları və qaydalarını hazırlamaq, tətbiq etmək və yeniləmək;
- Bank üzrə mərkəzləşdirilmiş proqram təminatı lisenziya reyestrini formalaşdırmaq və aktuallığını təmin etmək;
- Lisenziyaların qeydiyyatını, istifadəsini, müqavilə şərtlərini, yenilənmə tarixlərini və uyğunluğunu (License Compliance) idarə etmək;
- Lisenziyaların istifadəsini monitorinq edərək istifadə edilməyən, təkrarlanan və ya artıq lisenziyaları müəyyən etmək, reclaim, right-sizing və optimallaşdırma tədbirlərini həyata keçirmək;
- Funksional baxımdan təkrarlanan proqram təminatlarını müəyyən etmək və konsolidasiya üzrə təkliflər hazırlamaq;
- Lisenziya uyğunluğu üzrə dövri yoxlamalar (Compliance Reviews) həyata keçirmək, Shadow IT, lisenziya pozuntuları və End-of-Life/End-of-Support proqram təminatlarını müəyyən etmək, risklərin idarə olunmasını təmin etmək;
- Satınalma və Maliyyə bölmələrini yenilənmə (renewal), konsolidasiya və optimallaşdırma üzrə analitik məlumatlarla dəstəkləmək;
- SAM proseslərini HR, IAM, Service Desk və digər korporativ sistemlərlə inteqrasiya, avtomatlaşdırma təşəbbüslərini həyata keçirmək;
- SAM sahəsində beynəlxalq təcrübələri izləmək və Bank daxilində tətbiqi üzrə təşəbbüslər irəli sürmək;
- Bank üzrə proqram təminatı lisenziya xərclərinin optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
- SAM üzrə dashboard və hesabatları hazırlamaq, proqram təminatı xərclərinin optimallaşdırılması və uyğunluq göstəricilərini izləmək.
Bizim üçün uyğun namizəd
- İnformasiya Texnologiyaları, İnformasiya Sistemləri, Kompüter Elmləri və ya digər uyğun ixtisas üzrə ali təhsilli;
- Software Asset Management (SAM), IT Asset Management (ITAM), IT Governance, İT əməliyyatları (IT Operations), İT xidmətlərinin idarə olunması (ITSM), vendor və ya lisenziya idarəçiliyi sahəsində minimum 3 il iş təcrübəsi olan;
- Proqram təminatı lisenziyalaşdırılması, vendor müqavilələri və proqram təminatı xərclərinin idarə olunması üzrə praktiki təcrübəyə sahib;
- SAM/ITAM həlləri ilə iş təcrübəsi olan;
- Power BI, Tableau, SQL və ya digər analitik alətlərlə işləmək bacarığı üstünlük hesab edilir;
- HR, IAM, Microsoft 365, CMDB və digər korporativ sistemlərin inteqrasiyası üzrə təcrübə üstünlük hesab edilir;
- ITAM Forum – Certified Software Asset Manager (CSAM) və ya ITIL, COBİT Foundation sertifikatları üstünlükdür;
- Azərbaycan dilini sərbəst, ingilis dilini yüksək səviyyədə bilən şəxsdir.
Rəsmi müraciət səhifəsi
ABB bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.
