Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
B
"BAKIMETROLAYİHƏ" • 0 baxış
Layihəçi mühəndis (Elektrik sistemləri üzrə)
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
SəviyyəMiddle
Əmək haqqıQeyd edilməyib
Son tarix19.08.2026
KateqoriyaMühəndislik və Tikinti
Təsvir
- Elektrotexnika, rabitə və avtomatlaşdırma şöbəsinə elektrik sistemlərinin layihələndirilməsi üzrə mühəndis axtarırıq!
- Bu vəzifədə çalışacaq əməkdaş müəssisədə elektrik sistemlərinin layihələndirilməsi, texniki hesabatların hazırlanması, texniki şərtlərin və normativ sənədlərin tələblərinə uyğun layihə sənədlərinin işlənməsi istiqamətlərində fəaliyyət göstərəcək.
- Sizi hansı öhdəliklər gözləyir?
- Müxtəlif təyinatlı bina və qurğuların elektrik quraşdırma işlərinin layihələndirilməsi;
- Elektrik enerjisi istehsal edən qurğuların, yarımstansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemlərinin hazırlanması;
- Layihələrin istehsal, tikinti və quraşdırma standartlarına uyğun tərtib edilməsi;
- Layihələndirmə üçün ilkin məlumatların hazırlanması və texniki tapşırıqların tərtibi;
- Layihələrin təqvim planlamasının aparılması;
- Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırılması prosesində iştirak.
- Namizədlərdən tələblərimiz.
- Ali təhsil (Elektroenergetika və ya ona oxşar ixtisaslar üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office proqramlarından istifadə bacarığı;
- AutoCAD proqram biliyi;
- Diqqətli, məsuliyyətli, təşəbbüskar olmaq, detallara həssas yanaşmaq;
- Stressə davamlılıq və vaxtın effektiv idarə olunması bacarığı;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.
- Bakımetrolayihə Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Psixoloji dəstək xidməti.
Müraciət göndər
CV-nizi PDF formatında əlavə edin. Sistem uyğunluq siqnallarını analiz edib müraciəti işəgötürənə yönləndirəcək.

