Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan
R
Reflect Architects • 0 baxış
Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
SəviyyəMiddle
Əmək haqqıQeyd edilməyib
Son tarix19.08.2026
KateqoriyaMühəndislik və Tikinti
Təsvir
- Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM) axtarırıq!
- Reflect Architects komandası olaraq, peşəkar, təşəbbüskar və liderlik bacarıqlarına sahib Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM) axtarırıq. Əgər sən həm memarlıq layihələrinin, həm də baş plan (master plan) layihələrinin konseptual və texniki idarəçiliyini həyata keçirə bilirsənsə, bu vəzifə sənin üçündür.
Vəzifələr
- Memarlıq və baş plan (master plan) layihələrinin konseptual və texniki rəhbərliyi
- Şəhərsalma, ərazi planlaşdırılması və baş plan həllərinin hazırlanmasına rəhbərlik
- Tikinti normaları, SNIP və digər normativ sənədlərlə işləmə
- Layihə komandalarının idarə olunması və koordinasiyası
- Müştərilərlə görüşlərin keçirilməsi, tələblərinin analiz olunaraq layihəyə uyğunlaşdırılması
- İşçi layihələrin hazırlanmasında iştirak və prosesə nəzarət
- Tikinti prosesində layihə müəllifliyinin həyata keçirilməsi
- Müxtəlif ixtisaslı layihə komandalarının idarə olunması
- İcra zamanı yaranan texniki problemlərin analizi və operativ həlli
Tələblər
- Memarlıq üzrə ali təhsil
- İri layihələndirmə şirkətlərində minimum 5 il peşəkar təcrübə
- Baş plan (master plan), şəhərsalma və iri miqyaslı ərazi planlaşdırılması layihələrində iş təcrübəsi
- AutoCAD, Revit (və ya Archicad), SketchUp, Adobe və digər peşəkar proqramlarda yüksək səviyyədə işləmək bacarığı
- Tikinti normaları, SNIP və normativ sənədlərlə işləmə təcrübəsi
- Layihələrin hüquqi, texniki və maliyyə aspektlərini anlama bacarığı
- Komanda idarəetmə və liderlik qabiliyyəti
- Yüksək məsuliyyət, qərarvermə və problem həll etmə bacarığı
Təklif edirik
- 5/2 iş qrafiki
- İş saatları: 09:00 – 18:00
Əmək haqqı və bonus
- Ölkə əhəmiyyətli memarlıq və baş plan layihələrinə rəhbərlik imkanı
- Peşəkar komanda və inkişaf yönümlü mühit
- Karyera yüksəlişi üçün açıq struktur və dəstək
- 📍 İş yeri: Bakı, Azərbaycan
- 📩 LinkedIn üzərindən və ya CV və e-portfolionuzu info@reflect.az ünvanına göndərərək müraciət edə bilərsiniz.
- 📌 Diqqət: E-portfolio təqdim olunmayan müraciətlərə baxılmayacaq. Mövzu hissəsində "Layihə üzrə Baş Memar / Baş Plan Memarı (LBM)" qeyd etməyiniz xahiş olunur.
Müraciət göndər
CV-nizi PDF formatında əlavə edin. Sistem uyğunluq siqnallarını analiz edib müraciəti işəgötürənə yönləndirəcək.

