Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Daxili audit ofisinə İT auditor/ aparıcı İT auditor/ baş İT auditor
ABB • Bakı
🚀 Delivery✨ Communication

Bank of Baku • 5 baxış
Terminalların texniki dəstəklənməsi şöbəsinin eksperti
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə1-3 il
Əmək haqqıQeyd edilməyib
Son tarix17.09.2026
KateqoriyaİT və Proqramlaşdırma
Təsvir
- Vəzifə funksiyalarıBankomat, POS, ödəniş terminalları və Qmatic avadanlıqlarının texniki dəstəklənməsi üzrə mütəxəssis.
- Bankomatbankomatlarda əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- bankomatların texniki vəziyyətinin və işləkliyinin monitorinqinin aparılması;
- əməliyyat sistemi və proqram təminatında yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- problemli ödəniş əməliyyatlarının araşdırılması;
- inkassasiya prosesi zamanı inkassatorlara texniki dəstəyin göstərilməsi;
- bankomatların şəbəkə bağlantısında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması;
- nağd pulvermə mexanizmi, çek printeri, monitor və bankomatın digər aparat modullarında yaranan nasazlıqların diaqnostikası, təmiri və aradan qaldırılması.
- Ödəniş terminaləməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- proqram təminatı və əməliyyat sistemində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- nağd pul vasitəsilə həyata keçirilmiş problemli ödəniş əməliyyatlarının araşdırılması;
- inkassasiya prosesi zamanı texniki dəstəyin göstərilməsi;
- ödəniş terminallarının dövriyyəyə buraxılan yeni pul əskinaslarının qəbuluna uyğunlaşdırılmasının təmin edilməsi;
- əskinasqəbuledici, çek printeri, sensor ekran və digər aparat komponentlərində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması.
- POS-terminalPOS-terminallarda əməliyyat sistemlərinin və tətbiqlərin quraşdırılması və sazlanması;
- partnyorlara telefon vasitəsilə və ya yerində texniki dəstəyin göstərilməsi;
- ödəniş əməliyyatları ilə bağlı problemlərin ilkin araşdırılması və səlahiyyət çərçivəsində aradan qaldırılması;
- POS-terminalların Vergi reyestrində qeydiyyata alınması və qeydiyyatdan çıxarılması;
- yeni POS-terminalların göstərilən ünvanlara çatdırılması, quraşdırılması və sazlanması;
- nasaz POS-terminalların diaqnostikası və təmiri;
- nasazlığın yerində aradan qaldırılması mümkün olmadıqda avadanlığın servis mərkəzinə göndərilməsinin təşkili.
- Qmatic sistemiQmatic avadanlıqlarında əməliyyat sistemlərinin quraşdırılması və sazlanması;
- texniki və proqram təminatı ilə bağlı nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- elektron növbə avadanlıqlarının stabil işləməsinin təmin edilməsi.
- Yumşaq bacarıqlarMəsuliyyət
- Nizam intizam
- Nəticəyə yönümlülük
- Detallara diqqət
- Namizədə tələblərBankomatlar, POS-terminallar və ödəniş terminalları ilə iş üzrə 1–3 il təcrübə;
- Windows əməliyyat sistemlərinin quraşdırılması, sazlanması;
- Bankomat və ödəniş terminal avadanlıqlarının diaqnostikası və təmiri üzrə praktiki bacarıqlar;
- Diaqnostik proqramlar, sistem jurnalları və xəta kodları ilə işləmək bacarığı;
- TCP/IP, LAN/WAN, DNS, DHCP və şəbəkə bağlantıları üzrə bilikləri;
- Avadanlıqların profilaktik texniki xidmətinin aparılması üzrə bacarıqlar;
- Ehtiyat hissələrinin və texniki avadanlıqların uçotunun aparılması üzrə ilkin bacarıqlar;
- Nasazlıqların səbəblərini operativ müəyyən etmək, prioritetləşdirmək və aradan qaldırmaq bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik, operativlik və stresə davamlılıq.
- Dil biliyiAzərbaycan - Mükəmməl
- Rus - Orta
- İngilis - Orta
- Kompüter biliyiWindows 7 / 10 / 11 - Yüksək
- Microsoft office - Orta
- Diaqnostik proqramlar - Orta
Rəsmi müraciət səhifəsi
Bank of Baku bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.
