Jobs — Job Listings 2026 | Baku, Azerbaijan

Kredit risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
ABB • Bakı

Kapital Bank • 2 views
Komplayens departamentinin Komplayens sahəsi üzrə fəaliyyətin idarə edilməsi şöbəsinin təcrübəçisi
Description
Komplayens sahəsində karyera qurmaq istəyən, analitik düşüncəyə malik, araşdırma aparmağı sevən, riskləri müəyyən edə bilən, məsuliyyətli və öyrənməyə həvəsli gənc istedadlar axtarırıq. Komplayens komandası olaraq Bankda həyata keçirilən əməliyyat və proseslərin qanunvericiliyə, tənzimləyici tələblərə və daxili qaydalara uyğunluğunun təmin edilməsinə, həmçinin mümkün komplayens risklərinin vaxtında müəyyənləşdirilməsinə və idarə olunmasına dəstək göstəririk. Bu təcrübə proqramı komplayens funksiyasının iş prinsiplərini yaxından öyrənmək, real biznes prosesləri ilə tanış olmaq və peşəkar bacarıqları inkişaf etdirmək üçün yaxşı imkan yaradır.
Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Official application page
Kapital Bank accepts applications for this role through their own system. Apply there first to make sure your CV reaches them.


