Vakansiyalar — İş Elanları 2026 | Bakı, Azərbaycan

Bank of Baku • 2 baxış
Planlaşdırma və effektivliyin ölçülməsi bölməsinin baş eksperti (FİED)
LokasiyaBakı
İş növüTam ştat
İş formatıOfisdə
Səviyyə5+ il
Əmək haqqıQeyd edilməyib
Son tarix17.09.2026
Kateqoriyaİnzibati İşlər
Təsvir
- Vəzifə funksiyalarıZəruri hallarda, MXD/filiallarda istehlak/ipoteka kreditləri və qeyri-kredit məhsullarının (xidmətlərinin) birbaşa satışı və dəstəyi ilə məşğul olan struktur vahidlər üzrə iş yükünün müəyyən edilməsi zamanı nəzərə alınan normativlərin monitorinqinin aparılmasını və yeni normativlərin müəyyənləşdirilməsini təmin edir.
- MXD/filiallarda istehlak/ipoteka kreditlərinin rəsmiləşdirilməsi zamanı Bankın əməliyyat proqramına (BƏP) müştərilərlə bağlı daxil edilmiş bütün məlumatların düzgün əks etdirilməsinə nəzarət edir, həmçinin BƏP-də göstərilməyən iş yerləri barədə MXD/filiallardan daxil olan məlumat və sənədləri yoxlamaqla yeni iş yerlərinin BƏP-ə daxil edilməsini təmin edir.
- Qeyri-iş günləri ərzində MXD/filialların iş rejimi, bölmələr üzrə işə cəlb edilməli olan işçilərin sayı ilə bağlı MXD/filialları və digər aidiyyəti struktur bölmələri məlumatlandırır və iş rejimində edilən dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı lazımi tədbirləri görür.
- MXD/filialların Xidmət və Xüsusi əhəmiyyət kəsb edən müştərilərə xidmət bölmələrinin əməkdaşları üzrə bonus göstəricilərinə dair hesabat hazırlayır və onların yekun göstəriciləri üzrə, bankdaxili aidiyyəti korporativ aktlara uyğun olaraq bonusların hesablanmasını təmin edir.
- Bölməyə aid olan digər hesabatları edir.
- Bölmədə gündəlik iş zamanı istifadə edilən sənədlərin arxivləşdirilməsini təmin edir.
- Bölməyə aid olan gündəlik cari işləri görür.
- Filialların işinin təşkilini yaxşılaşdırmaq məqsədilə digər işlər görür.
- Yumşaq bacarıqlarMəsuliyyət
- Təşəbbüskarlıq
- Nizam intizam
- Kompüter biliyiMS office - Yüksək
Rəsmi müraciət səhifəsi
Bank of Baku bu vakansiya üçün öz sistemindən müraciətləri qəbul edir. CV-nizi düzgün ünvana çatdırmaq üçün əvvəlcə oradan müraciət edin.
